Mektebgushesi

24 məktəblinin son günü…

Dünyanın hər yerində kişilər qadınlarla müqayisədə daha çox intihar edir. Azərbaycanda da belədir. Ancaq bu ilin ötən müddətində Azərbaycanda intihar edən məktəblilərin arasında qızlar çoxluq təşkil edir. PRESSDAY.az-ın rəsmi mənbələrə istinadən apardığı araşdırmaya görə, bu il həyatlarına qəsd edən məktəblilərin 15-i qız, 9-u oğlan olub. Məktəblilər niyə özlərini öldürürlər? Onların ailə qayğıları yoxdur, işləmək tələb […]

Gəncədə müəllim 2 şagirdi döydü

Gəncədə yerləşən Kəlbəcər rayon 11 saylı orta məktəbdə müəllim şagirdi döyüb. BakiPost.az xəbər verir ki, hadisə bir həftə öncə baş verib. Məlumata görə, Kəlbəcər rayon 11 saylı orta məktəbdə riyaziyyat fənnini tədris edən Qafur müəllim 8-ci sinifdə oxuyan iki qızı döyüb. Valideynlər riyaziyyat müəlliminə etirazlarını bildirəndə isə qəribə cavabla qarşılaşıblar. Belə ki, müəllim onlara qızları […]

Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqəs

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəsinə start verib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edir. Müsabiqənin keçirilməsində məqsəd Nizami Gəncəvinin yaradıcılığından bəhrələnməklə incəsənətin müxtəlif sahələri […]

II Elm Festivalı keçirilir

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II  Elm Festivalının açılış mərasimi olub. Festival UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb. Tədbir iştirakçıları […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

UNİVERSİTET HAQQINDA     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb […]

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər  Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində  http://edu.gov.az/upload/file/layihe-senedi/mektebeqeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları […]

Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartı layihəsi hazırlanıb.

    Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, layihə hazırlanarkən “Təhsil haqqında” Qanun, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas götürülüb. Standartlara əsasən, məktəbəqədər təhsil üzrə müvafiq kurrikulumlar dövlət standartları əsasında hazırlanır və həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartları 5 il qüvvədədir. Standartlar məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, infrastrukturunu, maddi-texniki və tədris bazasını, məktəbəqədər […]

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Özümü başqa ixtisasda təsəvvür edə bilmirəm” – Uğur formulu

Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsinin təqdim etdiyi müsahibə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır. Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil […]

Təhsil naziri Kanadanın Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfirini qəbul edib

  Oktyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Kanadanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Kuteri qəbul edib. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, təhsil sahəsində əməkdaşlığın […]

BDU-da festival qaliblərinin mükafatlandırılması mərasimi keçirilib-FOTO

Bakı Dövlət Universitetində(BDU) Türk Dünyası sənədli filmlər festivalının Azərbaycandan olan qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən “Report”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Türk Dünyası Jurnalistlər Federasiyası Türk dünyası sənədli filmlər festivalını təşkil etməklə çox nəcib bir işi gerçəkləşdirib. Son zamanlar türk dünyası xalqlarının […]

BANM-in Prezident təqaüdçüsü: “Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır” – FOTO

Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafa Ağayev “Prezident təqaüdcüsü danışır” rubrikasında Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı ilə həmsöhbət olub. “Report”  həmin müsahinəni təqdim edir:   – 1999-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam. 2005-ci ildə Bakı şəhəri Nizami rayonu 70 N-li pilot liseyə daxil olmuşam. […]

Kanadada təhsil alan tələbəmizdən müsahibə

1. Salam Məhəmmədəli, ilk olaraq səni tanıyaq. Bağırlı Məhəmmədəli kimdir və hal hazırda harada təhsil alir? Salam mən Bağırlı Məhəmmədəli Naxçıvan şəhərində anadan olmuşam. Naxçıvan şəhərində Vəli Zeynalov adına orta məktəbi bitirmişəm. 2011-ci ildə Kanadanın University of Toronto universtetinə qəbul olmuşam. Hal hazırda Siyasət Elmi ve Beynəlxalq Əlaqələr üzrə təhsil alıram. 2. Kanadada  ali təhsil […]

Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçiləri konsert verəcək

Oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert keçiriləcək. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşacaq. İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib. Konsertdə solistlər – Pierluigi Ruggiero […]

Fransız-Azərbaycan Universitetində tələbə biletləri təqdim edilib

Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti və  KİV nümayəndələri […]

Moskva Dövlət Pedaqoji Universitetinin müəllimləri BSU-da mühazirə oxuyublar

Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) bir qrup professor və müəllim heyəti Bakı Slavyan Universitetinin (BSU) tələbələri qarşısında mühazirə oxumaq üçün Azərbaycana gəlib. BSU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, rektor, professor Nurlana Əliyeva qonaqları qəbul edib, Rusiya ilə Azərbaycanın ali təhsil müəssisələri arasındakı əlaqələr barədə qısaca danışıb. O, bu münasibətlərin dövlət başçıları səviyyəsində də dəstəkləndiyini qeyd edib. […]