Rusiya məktəblərindən birində şagirdlərə “qanuni oğru” mahnıları öyrədildiyi bəlli olub.
Moderator.az-ın Ukrayna mediasına istinadla verdiyi məlumata görə, gözlənilməz olay Novosibirsk şəhərində baş verib.
Fransız təmayüllü 16 saylı gimnaziyada oxuyan şagirdlərin valideynləri hiddətlənərək bu barədə yerli “FlashSiberia” portalına məlumat veriblər. Qeyd edək ki, xəbəri digər Rusiya saytarı da təsdiqləyib.
Valideynlərə məlum olub ki, onların övladlarına ev tapşırığı kimi məşhur rus “vor-zakonu” və şanson mahnılar müəllifi, 2002-ci ildə qətlə yetirilmiş Mixail Kruqun mahnılarından birinin mətnini öyrənmək tapşırılıb.
Xatırladaq ki, şanson deyəndə Rusiyada kafe-barda oxunan açıq-saçıq, bəzən bayağı, adətən türmə mühitinə aid mahnılar nəzərdə tutulur. Valideynlərdən birinin sözlərinə görə, uşaqlar dərs zamanı musiqi müəllimindən zarafatla onlara M.Kruqun mahnılarını öyrətməyi xahiş ediblər. Müəllim isə ciddi formada tanınmış şansonun məşhur “Vladimirskiy sentral” mahnısının mətnini kompüterdə çap etdrirərək şagrdlərə paylayıb və evdə öyrənməyi tapşırıb. Üstəlik, dərsdə həmin nəğməni uşaqlara 3 dəfə oxutdurub. Valideynlər isə etiraz edir ki, belə mahnıları 13 yaşından aşağı uşaqların dinləməsi, oxuması doğru deyil. Gumnaziya rəhbərliyi və şəhər təhsil departamaenti olaya şərh verməkdən yayınır

“