Dərc olunub: 28.10.2016

1. Salam Məhəmmədəli, ilk olaraq səni tanıyaq. Bağırlı Məhəmmədəli kimdir və hal hazırda harada təhsil alir?
Salam mən Bağırlı Məhəmmədəli Naxçıvan şəhərində anadan olmuşam. Naxçıvan şəhərində Vəli Zeynalov adına orta məktəbi bitirmişəm. 2011-ci ildə Kanadanın University of Toronto universtetinə qəbul olmuşam. Hal hazırda Siyasət Elmi ve Beynəlxalq Əlaqələr üzrə təhsil alıram.
2. Kanadada  ali təhsil almaq marağı səndə nə vaxt yarandı  və oradakı təhsilin səviyyəsi haqqında nəcə məlumata sahib oldun?
2010-cu ilin Dekabır ayında Kanadada təhsil almaqa qərar verdim. İlk öncə mənim fikrim Kanadada her hansı bir kollecdə altı ay və yaxud bir il oxuyub Azərbaycana geri qayıtmaq idi. Ancaq ingilis dili muəllimim məsləhətiynən Kanadanın en məşhur universitetində oxumaqa qərar verdim. Buraya Azerbaycanan köçən dostlarımdan və qohumlarımdan Kanadadakı təhsil sistemi haqqında məlumat əldə etdim. Açığı burada yaşayan dostlarım mənə University of Torontonun təhsil siteminin çox cətin olduğunu dedilər və həttda burada yaşayan yerli əhalinin həmən universitetdə təhsil alanda böyük çətinlik cəkdiyini bildirdilər. Ancaq mən qərarımı vermişdim və qərarımdan geri dönməyə niyyətim yox idi.
3. Oxuduğun Universitet, Fakultən haqqında oxuyucularımıza ətraflı məlumat ver ki, orada təhsil almaq istəyənlərin və ya səçimində çətinlik çəkənlərin bəyinlərində müəyyən forma yaransın.
Qeyd etdiyim kimi University of Toronto dünyada cox tanınmış bir universitetdi və dünya reytinqində 15-ci yeri tutur. Oxuduqum ixtisaslar Siyasət Elmi ve Beynəlxalq Əlaqələrdi, bilirsiz bu iki ixtaslarda oxumaq uçün gərək hər bir tələbə həftədə 400-500 səhifə oxumaqahazır olamalıdır. Bundan ziyadə olaraq iki aydan bir minimun beş altı inşa yazmalıdırlar və inşalar 7 səhifədən 20 səhifəyə qədər ola bilər. Burada bir dərsin üç və ya dörd imtahanı olur,imtahanlarda isə inşa yazmaq tələb olunur və çox nadir hallarda imtahanlar test formatında keçirilir. Mənim oxuduqum ixtasaslarda hər bir tələbə fəlsəfədən, sosyologiyadan, iqtisadiyyatdan, tarixdən, hüquqdan və başqa ixtisisalardan dərs götürməlidi.
4. Səçimindən nə dərəcədə  razısan və nə kimi üstün cəhətlərini görürsən?
Seçimimidən razıyam çunki mən usaqlıqdan humanitar elmlərə maraqım var idi. Üstün cəhəti odurki bakalavr təhsilimi qurtardıqdan sonram magistir təhsilimi siyasətdə, iqtisadiyyatda, fəlsəvədə, hüquqda və yaxud başqa bir humanitar və sosial elmlər sahəsində davam etdirə bilirəm.
5.Kanada və Azərbaycan, bu iki dövlətin,mədəniyyətlərin, adət ənənələrin arasında nə kimi oxşar və fərqli məqamlar var? Adətlərindəki hansı maraqlı məqamları görmüsən?
Bildiyiniz kimi Kanada çox millətli bir dövlətdi. Burada bir küçədən başqa bir küçəyə keçəndə sanki başqa başqa ölkələri gəzirsən. Azərbaycandan fərqli olaraq Kanadanın böyük bir tarixi keçmişi yoxdur ancaq buranında maraqlı və özünəməxsus bayramları var, məsələn burada Böyük Britaniya Kraliçası Viktoriyanı ad gününü təmtərahlı səkildə qeyd edirlər.Kanada çoxmillətli bir dövlət olmasına baxmayaraq burada Anglo-Saxon və Fransız mədəniyyəti vacib yer tutur və dövlətin rəsmi dilləri İngilis və Fransız dilləridi. Burada bəzi əyatlətlərin bir rəsmi dili var məsələn Kvebek əyalətinin yeganə rəsmi dili Fransız dilidi. Alberta əyalətinin rəsmi dili isə de-facto olaraq İngilis dilidi. Buradakı ailə yaşamı haqqında sizlərə biraz məlumat vərmək istərdim. Azərbaycandan fərqli olaraq Kanadada ailə həyatı vacib deyil burada əsasən insanlar fərdi həyata fikir verirlər. Burada fərdi həyatın vacibliyini dövlət uşaqlara məktəbdən başlayaraq təbliğ edirlər və buna görə də Kanadada insanlar xüsusəndə cavanlar çox sərbəst olurlar.
6.Oxumaq üçün gətdiyin ilk zamanlarda hansi çətinlikləri gördün? Mühit sənə nəcə təsir ətdi?
Buraya ilk gələndə mühit problemim olmadı çunki burada yaşayan qohumlarım və dostlarım mənə hər bir yardımı göstərdilər. Mənim əsas çətinliyim universitet sisteminə alışmaq oldu çunki buradakı təhsil sistemi tamamilə fərqlidi. Digər problemim isə Kanadadakı soyuq hava şəraitdi və doğrusu bugünə kimə buranan havasına alışmamışam.
7 .Maraqlıdır 1 ay ərzində nə qədər xərc çıxır? Xarici tələbələr üçün part time iş yeri nə dərəcədə var? 
Burada nə qədər az pul xərcləməyə calışsamda yənədə aylıq minimum 500$ Kanadada dolları xərcləyirəm. (Kanada dollarının valyutası təxminən ABŞ dollarına bərabərdi) Xarici tələbələr üçün iş imaknları vardı sadəcə olaraq egər tələbər universitet xaricində iş axtarırlarsa onda gərək dövlətdən işləmək haqqında sənəd alsınlar.
8. Təhsildən başqa bəynəlxalq sərgilərdə, konfranslarda iştirak edə bilirsən? Bir Azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsən?
Burada ixtisasmla baglı olaraq bir çox tədbirdə və konfranslarda iştrak etmişəm. Özüm UNSECO tərəfindən yaradılmış International Political Science Association üzvüyəm. Bu assosiasiyada Azərbaycanın maraqlarını qorumaqa və öz dəyərlərimizi təbliğ etməyə çalışıram. Bundan ziyadə olaraq Kanada tələbələr təşkilatında vitse-prezidenti olduqumda Azərbaycan haqqında konfranslar təşkil etmişdim. Fərdi olaraqda bir Azərbaycanlı kimi bütün tanıdıqım əcnəbilərə Qarabağın isğalını, Xocalı Soyqırımını və Qara Yanvar haqqında məlumat verməyə çalışıram.
9. Kanadada  təhsili tamamladıqdan sonra nə kimi planların var? Harada yasamağı və yaxud karyeranı davam etdirməyi planlasdaşdırırsanmı?
Təhsilimi tamamladıqdan sonram Kanada magisturada oxumaq istəyirəm və yaxud Azərbaycana qayıdıb bir müddət işlədikdən sonram təhsilimi maqistraturada davam etdirmək istəyərdim.
10. Xaricdə təhsl almaq istəyən gənclərə nə kimi məsləhətlərin var?
Xaricdə təhsil almaq istəyən genclərə esas məsləhətim odur ki bir gün xaricdə təhsil alsalar burada qarşılaşacaqları çətinliklərdən qorxmasınlar. Özlərini en yaxşı şəkildə inkişaf etdirsinlər çunki bir insan 17 yaşından 26 yaşına kimi özünə investisiya etməlidi çunki bu etdikləri investisiya görə gələcəklərini quracaqlar. Həmçinin, xaricdə oxuyan tələbələr unutmamalıdılarki onlar fərdi olaraq özlərini yox hem də Azərbaycan dövlətini və millətini təmsil edirlər, buna görə də en yaxşı nəticələrə nail olmaqa çalışmalıdırlar