Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektorunun xidməti otağından seyf oğurlamaqda təqsirləndirilənlər – Sübhan Ələkbərov, Vüqar Vəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prorektor Munir Vəliyev ifadə verib.
Zərərçəkmiş M.Vəliyevin universitetdəki otağından 219 min 900 dollar və 94 min manat oğurlanıb: “Orada pulların olduğunu yalnız Vüqar bildirdi. Çox adam olublar, maska taxaraq universitetə giriblər. Sonra da təhlükəsizlik kameralarını məhv ediblər”.
M.Vəliyev oğurlanan pulların tələbələrin təhsil haqları üçün ödədikləri vəsait olmadığını deyib.
S.Ələkbərov isə manat olan seyfi səhvən götürdüklərini deyib.
Xatırladaq ki, M.Vəliyev universitetin rektoru, keçmiş deputat Əhməd Vəliyevin oğludur. Onun otağından içərisində 429 min manat olan seyf oğurlanıb.
Hadisə ilə bağlı Sübhan Ələkbərov, Vüqar Vəliyev, Pərviz Quliyev, Həzrət Məmmədov, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadov saxlanılıblar.(Qafqazinfo)