Dərc olunub: 14.12.2016

Abşeron rayon mərkəzi kitabxana sisteminin direktor müavini Rəşidə Rzayevanin mektebgushesi.az saytina verdiyi melumata görə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9 da şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Abşeron rayonunda vətəndaşları qəbul edib. Qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.