Dərc olunub: 15.12.2016

 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər Kartı ilə birgə buraxılması tələbələrə Azərbaycan ərazisi, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektləri, kafe və restoranlar, otel və internet klublardan güzəştlə istifadə etmək imkanı yaradır.
Kartlar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə layihəsidir.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, məqsəd sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində fəaliyyət göstərməkdir.
Tədbirin sonunda isə hər təhsil müəssisəsindən bir neçə tələbəyə kartlar təqdim edilib. Növbəti günlərdə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan digər tələbələrin də bu kartla təmin olunacağı bildirilib.