İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"
“Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz”. Moderator.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada sınaq imtahanının baş tutmamasının serverdəki yüklənmə ilə əlaqədar olduğu bildirilib: “Server yükləndiyindən […]
DİM abituriyentlərdən üzr istədi
Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9:00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb. Moderator.az xəbər verir ki, serverdə yaranan problemə görə, istifadəçilərin çoxu imtahan giriş edə bilməyib. DİM isə abituriyentlərdən üzr istəyərək imtahan qeydiyyatını uzadacağını açıqlayıb: “25.03.2017-ci il tarixdə saat 09:00-da olan sınaq imtahanında bir qrup istifadəçi server yükləndiyindən imtahana daxil […]
Əflatun Amaşov-“3 minədək azərbaycanlı Gürcüstan universitetlərində oxuyur”
«Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bizim vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə görüşlərimiz olur, bu görüşlərin sayını artırmaq və həmkarlarımızın hər iki ölkəyə qarşılıqlı səfərlərini həyata keçirməyə çalışacağıq». Bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov Gürcüstana səfəri çərçivəsində Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili ilə […]
31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçiriləcək
Gənclər üçün Təhsil Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı günü internet aksiya keçirəcək. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Trend-ə bildirib ki, internet aksiya “twitter”də keçiriləcək və martın 27-dən 31-dək olan dövrü əhatə edəcək. Bütün təbliğat işi #31marchthebloodiestpageofourhistory #Armenianterrorism həştəqləri ilə aparılacaq. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara […]
Azərbaycanda yeni tipli 332 məktəb yaradılacaq
Bu il Azərbaycanda şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli təhsil müəssisələri ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanılıb. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində […]
Azərbaycan elmində yenilik – virtual laboratoriya yaradılır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi tədqiqatların aparılması üçün virtual laboratoriyanın yaradılması üzrə təcrübi iş aparır. Bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib. Onun sözlərinə görə, institutun virtual laboratoriyanın istismara verilməsi üzrə planı aprelin əvvəlində açıqlanacaq. Laboratoriya beynəlxalq sertifikat alındıqdan sonra istifadəyə veriləcək. Virtual laboratoriyanın istismara verilməsi üçün Geologiya və Geofizika, eləcə […]