Dərc olunub: 29.03.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov yığıncağın BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu söyləyib. Bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə 18 namizədin qeydə alındığını diqqətə çatdıran akademik onlara uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycan elminin zirvəsi sayılan bu adlar elmi istiqamətlər üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan və görkəmli xidmətləri olan alimlərə verilir.
Sonra hər bir namizəd öz fəaliyyəti, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi mühüm töhfələr barədə ətraflı məlumat verib.
Sonda namizədlərin təqdimatlarına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
https://mektebgushesi.az/