Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkənin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbələr Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin də iştirak etdiyi səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və Cocuq Mərcanlı kəndində törədilən vəhşiliklər haqqında ətraflı məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel əməliyyatlarında işğal altında olan Lələ Təpə yüksəkliyini azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanının yarandığı da vurğulanıb.
Azərbaycan Prezidentinin sərəncamına əsasən kəndin bərpasında görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. Tələbələr bünövrəsi yeni qoyulan 150 şagirdin təhsil alacağı məktəbin tikinti işləri ilə tanış olub və Cocuq Mərcanlıda ağac əkiblər.
Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə birgə tələbələr 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə də görüşüblər.
https://mektebgushesi.az/