Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Azərbaycandakı Fransız İnstitutu (AFİ) arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ATMU-nun bir neçə tələbəsi bu qurumun intensiv fransız dili kursunu uğurla başa vurub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə AFİ-də bu qurumun icraçı direktoru Maurice Rufin, Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşı Baptiste Mignon, ATMU-nun təlim mərkəzinin müdiri Lətif Kəngərlinski və bu ali təhsil ocağının bir qrup tələbəsinin iştirakı ilə görüş keçirilib.
Görüşün məqsədi həmin tələbələri fransız dilini daha mükəmməl öyrənməyə həvəsləndirmək, onlara kursu bitirdiklərini təsdiqləyən sertifikatları təqdim etmək olub.
https://mektebgushesi.az