Mektebgushesi

ADMİU-nun müəllimi VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib

  24-28 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Eskişehirdə keçirilən VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda iştirak edib. Eskişehir Tepebaşı Bələdiyyə başçısı Ahmet Ataç və sərginin kuratoru, rəssam Numan Arslanın təşkilatçılığı ilə keçirilən simpoziumda müxtəlif ölkələrdən Türkiyə, Azərbaycan, İspaniya, Hindistan, Polşa və […]

ADPU-da “Dayanıqlı inkişaf və təhsil ”mövzusunda seminar keçirilib

  Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ilinə həsr edilən “Dayanıqlı inkişaf və təhsil” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov, universitetin fakültə dekanları, kafedra müdirləri iştirak ediblər. […]

Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. “Qafqazinfo” xəbər verir ki, səsvermənin nəticələrinə görə AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib.   https://mektebgushesi.az

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri olan orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir, çünki orada əvvəlki illərin məzunlarının da sayı var. Trend-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, imtahanlar zamanı orta qəbul balını müəyyənləşdirərkən buna əvvəlki illərin məzunlarının da ciddi təsirinin olduğunu nəzərə almaq lazımdır. Çünki hər il […]