Mektebgushesi

Mikayıl Cabbarov: “Son iki ildə 100 min müəllimin maaşı artırılıb”

“Son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib”. “Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, […]

Qəbul imtahanında şok – Abituriyent düyməsinə kamera qoydu + Fotolar

Aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə  keçirilən qəbul imtahanları ilə əlaqədar Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.  DİM-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 1-3 may tarixlərində fəaliyyət göstərən Apelyasiya Komissiyasına imtahanın məzmunu ilə əlaqədar daxil olan müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilmiş və bununla bağlı hər bir abituriyentlə […]

700 bal toplayan abituriyent: “Təhsil almaq istədiyim bir neçə ali məktəb var”

Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.   İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara […]

700 bal toplayan qız arzularından danışdı

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb. mektebgushesi.az Modern.az-a istinadən xəbər verir ki, qəbul imtahanda bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızıdır. O, II ixtisas qrupu üzrə keçirilən qəbul […]

Bu gündən müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən Azərbaycanın daha bir bölgəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır. mektebgushesi.az-ın  məlumatına görə, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 4-6 may tarixlərində Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər […]

Gürcüstanda azərbaycanlı şagirdləri fars adlandıran müəllim işdən çıxarılıb.

    APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.   Şagirdlər N. Bakuradzenin dediklərini videoya çəkiblər. Müəllimin dedikləri “Facebook” səhifəsində müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, “Facebook” istifadəçiləri və digərləri N. Bakuradzenin dediklərinə […]

ABŞ-dakollecdə silahlı insident baş verib, ölən və yaralanan var

ABŞ-ın Texas ştatında silahlı insident baş verib.   APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə İrvinq şəhərində yerləşən kollecdə qeydə alınıb.   İlkin məlumata əsasən, naməlum şəxs odlu silahdan atəş açaraq bir nəfəri öldürüb, sonra isə intihar edib. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.   […]

Azərbaycan Turizm və Menecment Universiteti daha bir ali məktəblə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin bu ali təhsil ocaqları arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində daha bir tərəfdaşlıq müqaviləsi imzalanıb. ATMU-dan AZƏRTAC-a bildiriblər ki, sənədləri bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma imzalayıblar. Əməkdaşlıq […]