Mektebgushesi

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

Mayın 29-da Litvanın Vilnüs şəhərində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in magistrlərinə Mikolos Romeris Universitetinin diplomunu əldə etmək imkanı verir. Bu, UNEC-in ikili diplom haqqında razılaşma imzaladığı Avropa İttifaqına üzv 4-cü ölkənin universitetidir. Cari ilin sentyabr ayından başlayacaq proqrama qəbul olan […]

Vəfa Əkbər: “Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Son vaxtlar orta məktəblərdə şagirdlər arasında ölümlə nəticələnən zorakılıq hallarının artması cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Maraqlıdır, şagirdlər arasında zorakılığın artması məktəblərdə psixoloji işin yenidən qurulmasını, bu sahəyə daha böyük diqqət yetiməyi zəruri edirmi? Psixoloq Vəfa Əkbər məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Məsələ bundadır ki, böyüyən nəslin həmişə dəstəyə ehtiyacı olub. Bu dəstəyi təmin etmək […]

TƏLƏBƏ SÖZÜ:    MƏN KƏNDƏ QAYIDACAM

  “Xalq Qəzetinin” 18 may 2017-ci il tarixli sayında Hamlet Qasımovun Azərbaycan Dövlət Aqrar Universitetindən hazırladığı və “O kəndə gedəcək…” sərlövhəli məqalə bu günün real mənzərəsini yaratmaqla tələbə düşüncəsini də açıb göstərib. Burda təhsil alan tələbələrin əksəriyyəti son illər ixtisas seçimində zamanın tələbini dinləyib, aqrar sahənin inkişafında zəhmətinin olmasını istəyib. Kadr kimi isə doğma rayonlarına […]

Bu gün dahi Azərbaycan şairi M.Ə.Sabirin doğum günüdür. (Sabir-155 )

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə də oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi […]

Məktəb direktoru qəza törədib, 2 nəfər yaralanıb

Qazaxda kənd orta məktəbinin direktoru idarə etdiyi avtomobil ilə qəza törədib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Böyük Cəfərli kənd orta məktəbinin direktoru Almazov Fazil Hümbət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən qarşıdan gələn digər “VAZ” markalı maşınla toqquşub. Nəticədə məktəb direktoru və digər avtomobildə olan sərnişinlərdən biri […]