Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gəlini Zemfira Tahirli dünyasını dəyişib. hazırda ABŞ-da yaşayan, tanınmış jurnalist Gündüz Tahirlinin anası Zemfira xanımın nəşi vətənə göndərilib. Zemfira xanım Şamaxıda ailə məzarlığında dəfn ediləcək.
Mirzə Ələkbər Sabir fondunun prezidenti, mərhumun qızı Sevda Tahirlinin verdiyi məlumata görə, mərhumun hüzr mərasimi avqustun 17-də saat 12-də Heydər Məscidində olacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, əməkdar müəllim Zemfira Tahirli bir neçə ildir övladları ilə birlikdə ABŞ-da yaşayırdı.
Allah rəhmət eləsin.