Dərc olunub: 07.09.2017

 

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2017-2018-ci dərsilinə aid nümunəvi tədris planları təsdiq edilib.
“Report” xəbər verir kİ, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd Azərbaycanın xaricidillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.
Əmrə görə, Azərbaycanın tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərsilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
 
Mektebgushesi.az