Sabir Rüstəmxanlı: “Bu, ortaq türk dilinin formalaşması baxımından zəruridir”
“Anadolu türklcəsinin, Türkiyə türkcəsinin türk dövlətlərinin orta məktəblərində tədris edilməsinə ehtiyac var”.
Bunu Moderator.az -a açıqlamasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib. Onun sözlərinə görə, Türkiyə türkcəsinin təbliği türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşması baxımından mühüm rol oynaya bilər:
“Bunu xarici dil kimi də tədris etmək olar. Adının nə qoyulması önəmli deyil. Önəmli olan bu dilin tədrisidir. Bu dilin bütün türk dövlətlərində öyrənilməsi vacibdir. Ortaq ünsiyyət dilinin yaranması üçün Türkiyə türkcəsinin öyrənilməsi zəruridir. Əgər bu baş versə, digər türk xalqlarının da dilindən bu dilə bəzi sözlər keçər və zamanla ortaq ünsiyyət dili formalşar”.
Seymur Əliyev