Mektebgushesi

Nevada məktəblərindən birində atışma olub

ABŞ-ın Nevada ştatının Paramp şəhərindəki məktəblərdən birində atışma baş verib. “Report” xəbər verir ki, bu barədə KTNV telekanalı məlumat yayıb. Yerli polis bunun yalan xəbər olduğunu bildirib. Şəhərdəki bütün məktəb və məhkəmələr Las-Veqasdakı insidentlə əlaqədar olaraq bağlanıb. Las-Veqasda musiqi festivalı zamanı baş verən silahlı insident nəticəsində 59 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Mektebgushesi.az

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

  UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb. Azərbaycanda ilk dəfə olaraq UNEC-də həyata keçirilən razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar. Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. […]

ADMİU-da “Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib. ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdimat mərasimində Universitetin rektoru professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb. […]

"Səs” qısametrajlı bədii filminin növbəti uğuru

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi növbəti uğura imza atıb. Belə ki, film Bosniya və Hersoqovinanın Pale şəhərində keçirilmiş XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində “Golden Mapple” (birinci mükafat) mükafatına layiq görülüb. Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), operatoru Medi Meyməndi, prodüseri isə […]