Dərc olunub: 30.09.2018

Əziz oxucular! Son bir neçə gün ərzində saytda baş verən narahatlıqla bağlı bütün oxuculardan üzr istəyirik.

Bilirsiniz ki, son günlər cəmiyyətdə kolleclərin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bütün bunları nəzərə alaraq “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı virtual sorğu keçirilməsini zəruri hesab etdik.

Tanınmış təhsil ekspertlərinin də iştirak etdiyi sorğu qısa zaman kəsiyində səs verən respondentlər arasında ciddi rəqabətə çevrildi. Rəqabətdə uduzan bəzi kolleclər sayta kənar müdaxilələr etməyə, səslərini digər üsullara əl atmaqla qaldırmağa cəhd etdilər. Nəticədə, saytın fəaliyyətində müəyyən problemlər yaşandı. Bu kimi üsullara əl atanlara bildiririk ki, bu yolla heç nəyə nail ola bilməyəcəklər. Bu işə məsul olan şəxsin prinsipiallığı sayəsində nəticələrə heç bir müdaxiləyə imkan verməyəcəyimizə hər kəs əmin olsun! Xatırladırıq ki, saytdan kənar yüklənmiş səslər yekunda ekspertlər tərəfindən müəyyənləşəcək və real səslərdən cıxılacaq.

Sorğu oktyabrın 20 kimi davam edəcək.

Mektebgushesi.az