Dərc olunub: 01.10.2018

Rezidenturaya qəbul imtahanı artıq yekunlaşıb.

Nəticələrə əsasən, rezident-həkim adını qazanan məzunlar artıq Səhiyyə Nazirliyində qeydiyyatdan keçiblər. Onlar qəbul olunduqları klinikada  işə başlamaqdan ötrü lazımi əmrlərin gəlməsini gözləyirlər.

Mektebgushesi.az xəbər verir kiAzEdu.az məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, gələn həftə Səhiyyə Nazirliyindən siyahı, əmrlər gəlməlidir:

“Bu, tezliklə olacaq . Əmrlərin gəlməsi bu gün də gözlənilir. Əmrlər bu gün gəlsə, onlar sabahdan da işə başlaya bilərlər. Bu, bütün klinikalara aiddir”.

Gənc həkimlərə rezidentura müddətində ürəkdən çalışmağı məsləhət görən Rizvan müəllim bildirib ki, onlar düşdükləri klinikadan tam yararlanmalıdırlar.