Dərc olunub: 19.10.2018

“Telekanallarımızın çox olması müsbət haldır. Amma qeyri-peşəkar aparıcılarımız var ki, belə olduğu halda dilimizi qorumaq çətinləşir”.

Mektebgushesi.az -ın məlumatına görə, “Report” xəbər verir ki, bunu xalq artisti Mənsum İbrahimov Nəsimi adına Dilçilik İnstitutunda keçirilən “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, bəzi televiziya aparıcılarının danışıqlarında qüsur var, ədəbi dil qaydalarına riayət etmirlər, yad sözlərdən çox istifadə edirlər: “Bu səhvləri bəzən müasirlik kimi qəbul edirlər, amma, bu, doğru deyil. Hər kəs özü işinin peşəkarı olmalıdır”.

Xalq artisti qeyd edib ki, ana dilinin qorunması üçün geniş təbliğat aparılmalıdır.