Türkiyənin Fırat Universiteti çağdaş türk dilləri kafedrasının müəllimi, doktor Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının “SABAH” qruplarının IV kursunda ustad dərsi keçib.
BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, filologiya fakültəsinin əməkdaşı, “SABAH” qruplarının müəllimi Anar Fərəcovun “Ümumi dilçilik” dərsində iştirak edən qonaq “Dilin fəlsəfəsi və sözlərin qavranılması” mövzusunda mühazirə oxuyub.
Mühazirədə türkiyəli alim dillərin yaranması, sözlərin mənası və anlamı, bəşəri dəyərlərin milli dillərdə ifadə imkanları kimi məsələlərdən danışıb, tələbələrlə interaktiv müzakirələr aparıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.