Dərc olunub: 29.01.2019


Parisdə Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli ilinin rəsmi açılış mərasimi keçirilib.   Bu barədə Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mektebgushesi.az xəbər verir ki, bu hadisə, böyük rus alimi D.İ.Mendeleyevin  Kimyəvi Elementlərin Dövri Sistemini təsbit etməsinin 150 illiyinə həsr edilmişdir.

UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən beynəlxalq tədbirdə dünyanın 80 ölkəsindən 1300 nəfərdən çox insan iştirak edir. Tədbir iştirakçıları arasında alimlər, siyasətçilər, beynəlxalq elm və təhsil təşkilatlarının rəhbərləri, biznes və ictimai birliklərin nümayəndələri də var.  

Qeyd edək ki, 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi.

mektebgushesi.az