Mektebgushesi

Nurlan Verdiyev: “Dövlət mülkiyyətinin idarə edilməsi sahəsində tətbiq edilən innovasiyalar ölkənin davamlı inkişafında xüsusi rol oynayır”

Yenicə müstəqilliyini qazanmış Azərbaycan dövləti ilk dövrlərində cəmiyyət həyatının bir sıra əsas sahələrində olduğu kimi dövlət mülkiyyətinin idarə edilməsi sahəsində də qeyri-stabilliklərlə qarşılaşmışdır. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yürütdüyü müdrik siyasət nəticəsində iqtisadiyyatda əsaslı islahatların aparılması zəruriliyi irəli sürüldü və dövlət mülkiyyətinin idarə edilməsi həmin islahatların başlıca istiqamətlərindən biri kimi müəyyən edildi. […]