Mektebgushesi

Lənkəranlı məktəblilərə LDU-nun tədris-təcrübə bazasından yararlanmaq imkanı yaradıldı

Azərbaycan Respublikası Təhsil Nazirinin 16.08.2018-ci il 564 saylı əmrinə əsasən, Lənkəran şəhər təhsil şöbəsinin müraciəti nəzərə alınaraq , sözügedən nazirliyin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrində dəyişiliklik edilib.Dəyişikliyə əsasən,2018-2019-cu tədris ilində Lənkəran Dövlət Universiteti (LDU) Astara və Yardımlı rayonları ilə yanaşı, Lənkəran […]

BŞİH: Bakıdakı bağçalarda qızılca və “donuz qripi”nə yoluxma halı qeydə alınmayıb

Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma faktı qeydə alınmayıb. Mektebgushesi.az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib. Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.

Etibar Əliyev – Müəllimlərin peşəkar kompetensiyalarını artırmaq zərurəti

Uğurlu pedaqoji fəaliyyəti həyata keçirmək üçün vacib olan peşə və şəxsi keyfiyyətlərin cəmidir Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 2-ci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən […]

Bir ayda Bakı Təhsil İdarəsinə 4419 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.  Bakı Şəhəri Təhsil İdarəsindən mektebgushesi.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 4 419 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb […]

lisey müəllimi Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb – Yenilik

Bakıda fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Quliyev Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb. Mektebgushesi.az xəbər verir ki, F.Quliyev 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1981-2014-cü illərdə AMEA-nın Kimya İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 1984-1986-cı illərdə AMEA-da aspiranturada təhsilini […]

AMEA “Magistr-2019” müsabiqəsini elan edir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, akademiyada “Magistr-2019” müsabiqəsi elan olunur Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir. Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən […]

Aİİ-nin “İlahiyyatçı” qəzetinin yanvar buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin yanvar buraxılışı işıq üzü görüb. Mətbu nəşrin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etməsi, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” haqqında […]

UNEC – növbəti beynəlxalq uğur

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2019-cu ilin yanvar ayında dünya universitetlərinin reytinqini açıqlayıb. UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13600 ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralamasında UNEC dünya üzrə 610-cu yerə çıxaraq Azərbaycan universitetləri arasında 2019-cu ildə də liderdir. Universitetdən mektebgushesi.az -a verilən xəbərə görə, UniRank reytinq agentliyinin regional reytinq […]

Gənclər Günü qeyd edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 Fevral-Gənclər Günü münasibətilə tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində Gənclər Günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, “Açıq dərs”, mühazirə və seminarlar, həmçinin məktəblilərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub. Tədbirlərdə 1997-ci ildə imzalanan sərəncama əsasən, hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi […]

İranın Kosmik mərkəzində yanğın olub, 3 alim ölüb

İranda Kosmik Araşdırma Mərkəzindəki yanğın nəticəsində 3 alim ölüb. Mektebgushesi.az Reporta istinadən xəbər verir ki, bunu Nəqliyyat və İnformasiya və Texnologiyaları naziri Məhəmmədcavad Azeri-Cehromi bildirib. Onun sözlərinə görə, yanğının səbəbi hələlik məlum deyil. Nazir bildirib ki, yanğın 1979-cu il fevralın11-də baş vermiş inqilabın 40-cı ildönümü ilə bağlı keçirilən tədbirdə baş verib. Qeyd edək ki, yanvarın 15-də İran “Peyam” (“Mesaj”) adlı […]

Türkmənistan Prezidenti Elmlər Akademiyasının büdcədən maliyyələşməsini dayandırdı

Türkmənistanda Elmlər Akademiyasına dövlət büdcəsindən maliyyə ayrılmayacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Prezidenti Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb. Bu qərardan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalıb. Türkmənistan Elmlər Akademiyasına, həmçinin, Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir. Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ […]