Mektebgushesi

DİM müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib. DİM-dən mektebgushesi.az  -a verilən məlumata görə, müsahibəyə 6 dövlət orqanında mövcud olan 40 vakant vəzifə çıxarılıb. Ümumilikdə 89 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqə vəziyyəti ən çox İqtisadiyyat Nazirliyinin daxili nəzarət şöbəsində baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), […]

46 yaşlı müəllim məktəbdə öldü

Qazax rayonunda müəllim çalışdığı məktəbdə dünyasını dəyişib.  Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin halı müəllimlər otağında qəfildən pisləşib və o, yerə yıxılaraq keçinib. İlkin məlumata görə, onun infarkt keçirərək öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.