Mektebgushesi

BDU-nun sabiq rektorunun səhhəti ilə bağlı həkimi açıqlama verib

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib.  Mektebgushesi.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev Unikal.org-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır: “Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti […]

Bakı Ali Neft Məktəbində “PMI Azərbaycan Sammiti 2019” keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə olunması İnstitutunun (Project Management İnstitution – PMI) dəstəyilə PMI Azərbaycan Nümayəndəliyi tərəfindən “PMI Azərbaycan Sammiti” keçiriləcək. Sammitdə PMI Azərbaycanın fəaliyyət istiqamətləri, layihələri, dövlət və özəl sektorda Layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivləri mövzuları müzakirə olunacaq. Azərbaycan rəsmi olaraq 4 may 2018-ci ildə Berlində PMI ilə imzalanmış müqaviləyə […]

ATU-nun təmsilçisinin məqaləsi ABŞ-da kitabda dərc olunub

Həkim psixiatr, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun məqaləsi ABŞ-da dərc olunan elmi kitabda yer alıb. Laurie J.Glader və Richard D.Stevenson tərəfindən təqdim olunan “Serebral iflicli uşaq və gənclər: Qulluq və idarəetmə» kitabında dünyanın müxtəlif ölkələrində uşaq psixatriyası sahəsində tanınmış mütəxəssislərin məqalələri dərc olunub. Britaniyanın “Mac Keith Press” nəşriyyat evi tərəfindən təqdim olunan […]

Fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib

Ümumi təhsil müəssisələrində fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib. BŞTI -dən Mektebgushesı.az -a verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi  fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onlarla vəzifə öhdəlikləri ilə bağlı müzakirələr aparmaq və şagirdlərin idmana olan marağının artırılması üçün müəllimlərə metodiki dəstək verməkdən ibarətdir. Paytaxtın 12 inzibati […]

ADU işdən çıxarılan dekanın və 15 digər yerlər üçün müsabiqə elan edib

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edib. Mektebgushesi.az -ın xəbərinə görə, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır: 1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası – dosent, 2 ştat baş müəllim, 1 ştat 2. Təhsil fakültəsi nəzdində ingilis […]

Bakı Dövlət Universitetinin tələbəsini qətlə yetirən şəxs saxlanılıb – VİDEO

 Bakı Dövlət Universitetinin tələbəsi Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb.  Mektebgushesi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  Faktla bağlı cinayət işi […]

İlahiyyat İnstitutunun tələbəsi olmaq istəyənlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul imtahanlarının qeydiyyat və keçirilmə tarixi məlum olub. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, Aİİ islamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı iyulun 20–24-də aparılacaq, qabiliyyət imtahanı isə iyulun 27-dən avquzstun 2-dək keçiriləcək.

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 fevral 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. […]

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. Son 24 saat ərzində Günəş küləyi parametrlərinin zəifləyən CH HSS (Coronal Hole High […]

Nazir müavini: Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir

Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dillər öyrənməsi üçün imkanlar genişləndirilir.Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimində çıxış edən zaman deyib.M.Vəliyevanın sözlərinə görə, gənclərin ixtisaslı kadr kimi yetişməsi üçün tədbirlər həyata keçirilir. Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirak etdiyini deyən nazir müavini əlavə edib ki, gənclərin potensialının […]

BDU- nun tələbəsi öldürülüb

Şirvan rayonunda qətl hadisəsi törədilib.  Mektebgushesi.az “Report”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb. Qeyd edək ki, R.Fətullayev BDU-nun […]