Mektebgushesi

AzTU ilə Əfqanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

Fevralın 14-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenai Azərbaycan Texniki Universitetində (AzTU) olub. Mektebgushesi.az xəbər verir ki, AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov səfir Xeyrullah Spelenaiyə universitetin tarixi, müasir inkişaf istiqamətləri, fakültələri, ixtisasları və elmi-texniki potensialı haqqında geniş məlumat verib. Ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrinə diqqət çəkən […]

“Kiçik Akademiya”ların fəaliyyəti gücləndirilir

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Bununla bağlı müvafiq əmr imzalanıb. BŞTI -dən mektebgushesi.az -a verilən məlumata görə, əmrə əsasən, paytaxt məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya”lar daxilində görülən işlərə dair təqdimat və müzakirələrin təşkili nəzərdə tutulur. Bundan əlavə, “Kiçik Akademiya”ların fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələri arasında müsabiqə təşkil olunacaq. […]

Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”

Səhər alaqaranlıqlı “İnşaatçılar” metro stansiyasının həndəvərində dayanıb sevgilimi gözləyirdim. Metronun qarşısında görüşüb ona “14 fevral” hədiyyəsini verəcəkdim. Sonra onu işə ötürüb mən də öz işimin dalınca gedəcəkdim. Sevgilim yubandığından metronun o baş-bu başına gedib-gəlirdim ki, vaxtı “öldürüm”. Birdən gözümə 11-12 yaşlarında bir qızcığaz sataşdı. Bir əlində nərgizgülü tutmuşdu, o biri cibində idi… Çiynindən balaca ağ […]

BDU-nun kitabxanaçılıq-informasiya fakultəsi bağlanmayacaq – Rəsmi

Bəzi informasiya mənbələrində kitabxanaların bağlanması, kitabxanaçılıq-informasiya təhsilinin ləğv edilməsi ilə bağlı yalan informasiyalar yayılır. Mektebgushesi.az xəbər verir ki, bu barədə fakultənin kafedra müdiri Elçin Əhmədov özünün feysbuk sosial şəbəkəsindəki hesabında bildirib. Bu fikirlərin əksinə olaraq bildirmək istəyirəm ki, mövcud Azərbaycan kitabxanaları hər bir ərazini əhatə etməklə modernləşmiş formada fəaliyyətini davam etdirəcək. Hər bir mütəxəssis-kitabxanaçı öz […]

Şagird 153 Saylı Məktəbdən Qovuldu – Qəribə səbəb – VİDEO

153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib. Mektebgushesi.az Orman.Az istinadən xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdıöını bildirir.Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış […]

Ali məktəbdə təhsil haqqı: keyfiyyət ödənən vəsaitə uyğundurmu – Ekspertlərin rəyi

Azərbaycanın ali məktəblərinin “yüzdə 80-nin keyfiyyətli təhsil vermək potensialı yoxdur” və hazırda tələbələrdən tələb olunan təhsil haqları “əsaslandırılmalıdır”, millət vəkilləri belə düşünür. Təhsil məsələləri üzrə təhlilçilər də “ali məktəblərdə təhsil haqqı kimi ödənilən vəsaitin təhsilin keyfiyyətinə uyğun olmadığını deyirlər”. Bəzi tələbələr oxuduqları ali məktəblərdə praktiki dərslərin keçirilməməsindən, ümumilikdə isə həmin qurumlarda mövcud olan tədris metodikasından […]

Rezidentura jurnalının 2-ci sayı nəşr olunub

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında […]

Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)18 fevral 2019-cu il tarixdə, saat 14:00-da tədbir keçiriləcək. Tədbirdə Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi təşkil olunacaq. Sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə […]

Rezidenturaya sənəd qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. DİM-dən  mektebgushesi.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edərək qeydiyyatdan keçə bilər. Qəbul imtahanında iştirak […]

Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyev rəhmətə gedib

Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhmətə gedib. Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun […]

Mədəniyyət və İncəsənət Universitetində yaz semestrinə hazırlığın vəziyyəti müzakirə edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi şuranın 2019-cu ildə birinci iclası keçirilib. ADMİU-dan  mektebgushesi.az -a bildirilib ki, iclasda çıxış edən rektor, professor Ceyran Mahmudova 2019-cu ilin yeni başlanmasına baxmayaraq universitetin professor-müəllim heyətinin və tələbələrinin bir sıra uğurlara imza atdığını söyləyib. Rektor dövlət başçısı tərəfindən Gənclər üçün Prezident Mükafatına layiq görülən ADMİU-nun kino və […]

Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə

M.V.Lomonosv adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Gənc Psixoloqun Məktəbinin məşğələləri fevralın 16-dan başlanacaq və hər şənbə günü saat 16:00-da keçiriləcək. Mektebgushesi.az  MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, məşğələlər pulsuzdur və 1,5-2 saat davam edəcək. Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Əlaqə nömrəsi: +99412 598 93 32. Gənc Psixoloqun Məktəbi haqqında […]

Azərbaycan İlahiyyat İnstitutunda “Unibook” sisteminin tətbiqinə başlanılıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ölkənin qabaqcıl informasiya texnologiya şirkəti – “Neuron Technologies” arasında müqavilə imzalanıb. İnstitutdan  mektebgushesi.az -a bildirilib ki, müqaviləyə əsasən təhsil müəssisəsində “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqinə start veriləcək. Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, təhsil müəssisəsi fəaliyyətə başladığı gündən elektron təhsil sisteminə keçidlə bağlı tədbirlər həyata keçirir, tədris sisteminin müasir […]

BDU tələbəsinin öldürülməsi ilə bağlı yeni təfərrüat

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsini öldürməkdə şübhəli bilinən 18 yaşlı Amil Adıgözəlovun fotosu yayılıb.  Mektebgushesi.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində baş verib.Sabirabad rayon sakini Amil Adıgözəlov mərhum Rəşad Fətullayevin qonşuluğunda anası ilə birgə kirayədə yaşayıb. Qonşular onun tüfeyli həyat tərzi sürdüyünü və kriminal aləm üzvlərinə […]

Hər gün Sumqayıtdan Qubaya gedən gənc müəllim – FOTOLAR

24 yaşlı Maral Yusifova Qubanın Qəçrəş kənd tam orta məktəbində alman dili müəllimi işləyir. O, dərs keçmək üçün hər gün Sumqayıtdan Qəçrəşə qədər yol qət edir. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır. mektebgushesi.az xəbər verir ki, gənc müəllim Azvision.az -a açıqlamasında bildirib ki, […]