Mektebgushesi

Ceyhun Bayramov: Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq. Mektebgushesi.az xəbər verir ki,  bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bununla bağlı sənəd layihəsinin Nazirlər Kabinetində artıq təsdiq olunma mərhələsində olduğunu deyib. C.Bayramov əlavə edib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 12 324 yerdən 20 500 yerədək artırılıb: “Hesab edirik […]

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsınin ilk mərhələsi başa çatıb

Ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb. IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi I mərhələdə şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər. Test tapşırıqlarının hər birinin doğru […]

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başladı

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış mərasimi keçirilib. Açılışda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik olan mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. Rektor […]

Reyhan Camalova Respublika müsabiqəsinin qızıl medalçısı olub

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. BŞTİ -dən mektebgushesi.az-a verilən məlumata görə, bu uğuruna görə R.Camalova 12 – 17 may 2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik […]

ADAU-nun əməkdaşları “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” təlimlərində iştirak ediblər

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir. Cari layihə çərçivəsində ingilis dilində təşkil olunmuş üç günlük “Sahibkarlığın tədrisi və […]

ADPU-da İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib

Fevralın 14-də İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri professor Husnan Bey Fanani, birinci katib Angraeini Widiastuti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar. Mektebgushesi.az xəbər verir ki, görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova iştirak […]

Uşaq Teatrının direktoru İntiqam Soltan: Yazının arxasındakı sevgini görməyən oxucu mənə ziyan vurur

Ən dəyərli, qiymətli sərvətlər yerin altında olur. Onları istədiyin vaxt əlin çatan yerdə tapıb götürə bilməzsən. Bunun üçün əziyyət çəkmək lazımdı. Dəyərli, qiymətli insanlar da belədi. Hər an,  istədiyin vaxt rastlaşa bilməzsən. Bəlkə də çoxlarımızın gözü önündədilər.  Sadəcə,  gördüyümüz qədər olduqlarını düşünürük.  Kiminin şansı sadəcə burda bitir – gördüyü qədər sanır, kimininsə bəxti gətirir – […]

Nazirlər Kabineti elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı qaydaları təsdiq edilib

Nazirlər Kabineti “Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. “Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları” təsdiq edilsin”, – deyə sənəddə bildirilir.

Aİİ-də Heydər Əliyev təqaüdü təsis edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlandı. Bu zəngin ənənənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilmiş, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları […]

ADAU əməkdaşları aqrar sahibkarlar üçün təlimlərə başlayıb

Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərlə əlaqələrin genişləndirilməsi, təhsil və elmi-tədqiqat sahələrində əldə olunan nəticələrin istehsalatda tətbiqi, kənd təsərrüfatında texnoloji proseslərin elmi əsaslarla idarə olunmasına dair fermerlərə təlimlərin keçirilməsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müvafiq kafedralarının iş planlarına daxil edilərək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Təlimlərin təşkilində mövzuların aktuallığı, dövlətin aqrar siyasətindən […]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası işçi axtarır

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Akademik rəngkarlıq və kompozisiya kafedrasında boş olan kafedra müdiri və Dizayn kafedrasında tam ştat, dosent vəzifəsini tutmaq üçün müsabiqə elan edib. Mektebgushesi.az xəbər verir ki, sənəd qəbulu bir ay davam edəcək. müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər. – rektorun adına ərizə; – kadrlar uçotunun şəxsi vərəqəsi; – tərcümeyi-hal; – […]

Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 17 fevral 2019-cu il tarixində respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. DİM-dən mektebgushesi.az -ə verilən məlumata görə, həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 12-dən etibarən çap […]

Birinci vitse-prezident Gəncədəki 18 saylı məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar. Mektebgushesi.az -ın  məlumatına görə, məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyac olduğunu bildirdi. 1965-ci ildən istismarda […]