“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
Mektebgushesi.az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, qərarın 1 nömrəli əlavəsində – “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda 2 “193”, “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195”, “185” və “180” rəqəmləri ilə əvəz edilib.
Həmin qərarın 2 nömrəli əlavə – “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “176” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilib.