Mektebgushesi

Qətər Universitetinin tələbələri AzMİU-da

Qətər Universitetinin 94 tələbəsi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. ABŞ, Əlcəzair, Fələstin, Qətər, Misir, İordaniya, İraq, Liviya, Səudiyyə, Somali, Sudan, Suriya, Yəmən və Tunis vətəndaşı olan tələbələrin universitetimizə qrup səfəri uğurla həyata keçirilib. Mektebgushesi.az xəbər verir ki, əcnəbi tələbələr AzMİU ilə tanışlığa Memarlıq fakültəsindən başlayıblar. Onlar əvvəlcə auditoriya və studiyaları […]

“Məktəb seminarları” layihəsi Nizami rayonunda

2018-2019-cu tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nizami rayonunun ümumtəhsil məktəblərini əhatə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) mektebgushersi – a bildirilib ki, BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. İdarə müdiri, həmçinin ümumtəhsil müəssisələrində təlim-tərbiyə […]

Məlahət Mürşüdlü: Ümumi təhsil haqqında Qanuna ümumi baxış – II yazı

Birinci yazımızda Qanunda yer almış bəzi boşluqlar haqqında yazmışdıq. Əlbəttə, “qanun mükəmməl olmalıdır, orada gələcəkdə səmərəli fəaliyyətə problemlər yaradacaq maddələr olmamalıdır” fikrini söyləyənlərlə tam razıyam. Bu yazımda əsas diqqəti təhsilin iqtisadi əsaslarının qanunla tənzimlənməsinə yönəltmək istərdim. İstər 2009 –cu ildə qəbul edilmiş Çərçivə qanununda, istərsə də bu il qəbul ediləcək Ümumi təhsillə bağlı qanunda bu […]

Firudin Qurbanov BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb. F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis […]

UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə edildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib. Universitetdən mektebgushesi.az verilən məlumata görə, UNEC-in rektoru, professor  Ədalət Muradov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayaraq, bu mövqeyin dəyişməz olaraq qalacağını diqqətə çatdırıb. Rektor 2018/2019-cu tədris ilinin qış imtahan sessiyanın […]

Martın 9-da növbəti SAT imtahanı keçiriləcək

Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək. Mərkəzdən  Mektebgushesı.az-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz). SAT imtahanları […]

Sona Əliyeva: “Müəllimlərə güzəştli ipotekaların verilmə təklifini alqışlayıram”

“Ombudsmanın müəllim və həkimlərə ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram”. Bu sözləri jurnalistlərə açıqlanmasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib. O, eyni zamanda, komitədə müəllimlərə güzəştli ipotekaların verilməsi ilə bağlı gələcək təkliflərin yüksək qiymətləndiriləcəyini bildirib: “Ombudsmanın müəllim və həkimlər üçün ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram. Bu, çox əhatəli […]

Yevangelist xristian icmasının üzvləri ibadət yerləri və yəhudi məktəbində olublar

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıda yerləşən dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) ONA-ya verilən məlumata görə, Heydər məscidində olan nümayəndə heyətinə məscid haqqında məlumat verilib. Bildirilib ki, tikintisinə 2012-ci ilin sentyabrında başlanılan məscid 2014-cü il dekabrın […]

TÜRKSOY-da Nəsiminin 650 illik yubileyi qeyd olunub

TÜRKSOY-un Ankaradakı mənzil-qərargahında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mektebgushesi.az xəbər verir ki, ONA-nın Türkiyə bürosunun məlumatına görə, TÜRKSOY-un baş katibi Düsen Kasseinov açılış nitqində Nəsiminin Azərbaycan mədəniyyətində özəl yerə sahib olduğunu bildirib. O, Nəsimini “insanlıq üçün yaşayıb yaradan mütəfəkkir” adlandırıb. Türkiyə prezidentinin müşaviri Yalçın Topçu çıxışına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin […]

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr: * İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli […]