Mektebgushesi

ADPU-da “Bahar nağılı”adlı Novruz bayramı şənliyi keçirilib

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişinə həsr olunan “Bahar nağılı” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, Novruz bayramı xalqımızın ən gözəl, ən […]

ADAU daha bir nominasiyanın sahibi oldu

Hələ xeyli əvvəldən bildirilmişdi ki, Azərbaycan Dövlət Aqrar Universiteti “Mektebgushesi.az” saytının “Hansı Universitetdə payız imtahan sessiyası şəffaf keçirilir” nominasiyalı sorğuda birinci yerə sahiblənib. ADAU-nun mətbuat xidmətinin xəbərinə görə bu gün birinci yerin nominasiyası rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təqdim olunub. Bu məqsəslə keçirilən toplandıda rektor İbrahim Cəfərov bildirib ki, təhsil müəssisəsinin bütün uğurları, […]

Təhsil naziri Elçin Babayevi BDU kollektivinə təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.  Rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib. Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edək ki, […]

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

BP Azərbaycan şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “BP Azərbaycan şirkətinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda seminar keçirib. AzMİU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının və BP Azərbaycan şirkətinin birgə təşkil etdiyi seminardan öncə AzMİU-nun rektoru, professor Gülçöhə Məmmədova BP Azərbaycan şirkətinin nümayəndələrini qəbul edib. İşgüzar şəraitdə keçirilən görüşdə şirkət […]

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilir

Təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin müsabiqənin […]

UNEC-də növbəti yeniliklər

UNEC-in Elmi Şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC BrandAmbassador” statusu veriləcək. […]

Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil olunan “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb. İnstitutdan Mektebgushesı.az-a verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunda 11 mart 2019-cu il tarixdə keçirilən mərasimdə rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə və […]