Mektebgushesi

ADAU-da respublika elmi-praktiki konfransı keçirilib

ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması, bu istiqamətdə səmərəli təkliflərin hazırlanması məqsədilə 15 mart 2019-cu […]

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, bu mərhələdə iştirak etmək hüququ qazanan şagirdlər martın 20-dək   https://olimpiada.edu.az/registration  saytından qeydiyyatdan keçməli […]

I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı – Siyahı

I sinfə elektron qeydiyyat davam edir. Məktəbəhazırlıq qrupunda təhsil almış şagirdlər üçün 11, digərləri üçün isə 13 mart tarixindən başlayaraq sistem açıqdır. Qeydiyyat 15 sentyabra qədər davam edəcək.  Mektebgushesi.az xəbər verir ki,  elektron qeydiyyat zamanı bütün təlimatlar sistemdə qeyd olunduğuna görə, istifadəçi hər hansı çətinliklə üzləşmir. Elektron qeydiyyat imkanı olmayanlar, və ya hər hansı çətinliklə üzləşənlər […]

ADPU-da “Milli iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda dəyirmi masa keçirilib

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü münasibətilə tələbələr üçün “Milli iqtisadiyyat, modernləşmə və istehlakçı hüquqları” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azad İstehlakçılar Birliyinin məsul şəxsləri iştirak ediblər. […]

Rəşad Məcid: “Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır”

Bakının ən çox tələbə adını qazanan  məktəbləri arasında rus orta təhsil müəssisələrinin adı yoxdur. Bu sözləri  sosial şəbəkə hesabında “525-ci qəzet”in baş redaktoru  Rəşad Məcid qeyd edib. O, rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırıb: “Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Fikrimcə, mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus […]

ADNSU-nun startapçı tələbələrinin AzİİStore mağazası açılıb

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi START” Startap və İnnovasiya Mərkəzinin startapçı tələbələrinin AzİİStore mağazası açılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il yanvarın 10-da imzaladığı və ölkədə innovativ inkişaf sahəsində effektivliyin artırılmasına xidmət edən Sərəncamına uyğun olaraq gerçəkləşdirilən bu layihə ADNSU-da startap məktəbinin inkişaf etdirilməsinə yönəlib. Universitetdən Mektebgushesi.az -a verilən […]

Qəbul zamanı xüsusi şərtlər tələb edən universitetlər

Xəbər verdiyimiz kimi,bugündən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Əksər ixtisaslara qəbul zamanı xüsusi tələblər qoyulmasa da, bəzi universitetlər tələbə qəbul edərkən müəyyən şərtlər elan edirlər.  Dövlət İmtahan Mərkəzi, qəbul zamanı xüsusi şərtlər tələb olunan ali məktəbləri və ixtisasları diqqətə çatdırır: Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi abituriyentlər, “Hava nəqliyyatının […]

Müəllim və valideynlərin müraciəti dinlənilib

Martın 15-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 220 nömrəli məktəb-liseydə […]

Rusiyanın tanınmış siyasətçisi BSU tələbələri qarşısında mühazirə oxuyub

Məlum olduğu kimi, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən VII Qlobal Forumda dünyanın 55 ölkəsindən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, […]

Gəncə Dövlət Universitetində olimpiadanın qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis dili, alman dili, fransız dili və rus dili fənləri üzrə keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb. Mərasimdə Milli Məclisin deputatı, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm […]

BDU rektorunun müşaviri işdən çıxarılıb

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb. Mektebgushesi.az “Report”- a istinadən xəbər verir ki, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib. Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb. Qeyd edək ki, […]

ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası

Xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı hədiyyə vermək, yaxınlarımızı sevindirmək zamanıdır. Azərbaycan Tibb Universiteti də bayram ərəfəsində müxtəlif aksiyalarla vətəndaşlarımızı sevindirir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Novruz kampaniya və xeyriyyə aksiyalarına start verilib. *ATU-nun Tədris Cərrahiyyə Klinikasında uşaq cərrahiyyəsi şöbəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqlarını pulsuz […]

“Sərhədçi” hərbi-idman oyunları keçirilib

Paytaxt məktəbliləri arasında “Sərhədçi” hərbi-idman oyunları keçirilib. Bakı şəhəri üzrə 230 nömrəli tam orta məktəbdə təşkil olunmuş hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə […]

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

Məlum olduğu kimi martın 17-də 29 şəhər və rayonda 9–cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcəkdir. Mektebgushesi.az DİM- ə istinadən 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələrini təqdim edir. * İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və […]

Bu il keçiriləcək qəbul imtahanlarına tələb olunan ödənişlər – Rəsmi

 Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi  təqdim edir: QEYD 1:  Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir. QEYD 2: Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə […]