Mart ayında keçirilmiş imtahanlarla bağlı 341 nəfər Apellyasiya Komissiyasına müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını təqdim edib. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak […]
Yaqub Piriyev: “Ali məktəblərin turizm, pedaqoji, texniki ixtisaslara plan yerlərinin sayı artırılıb”

Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul planında ən yüksək yer artımı turizm ixtisasları üzrə olub. Qəbul planında daha sonra yüksək yer artımı pedaqoji, kənd təsərrüfatı ixtisasları üzrə olub, incəsənət və mədəniyyət ixtisasları üzrə plan yerlərinin sayı isə azaldılıb. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Trend-ə bildirib ki, 2019/2020-cu tədris ili üçün ali və […]
Azərbaycanda 11 mindən çox müəllim iş yerini dəyişmək istəyir

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron […]
Təhsil Nazirliyi: Bu il onbirinci sinfi 80 mindən çox şagird bitirir

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 min 815, XI siniflərini 80 min 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Bu barədə məlumat Mektebgushesi.az-a Təhsil Nazirliyindən verilib. Bildirilib ki, bu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 min 993, XI siniflərini 19 […]
Biologiya və Tibb Elmləri Bölməsi üzrə “AMEA-nın professoru” elmi adına namizədlərin seçkisi keçirilib

İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib. AMEA-dan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunu iştirakçıların diqqətinə çatdırıb. Kitabın […]
Rayon sakinləri Təhsil Nazirliyinə video bağlantı vasitəsilə müraciət edəcəklər

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 11-də saat 16:00-da Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək. Təhsil Nazirliyindən Mektebgushesi.az-ə verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Videoqəbula yazılmaq istəyən vətəndaşlar 10 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat […]
“Son zəng” lə bağlı təhsil naziri əmr imzalayıb

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində “Son zəng” tədbiri təşkil olunacaq. Mektebgushesi.az-in məlumatına görə, təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə qeyd edilir ki, “Son zəng” tədbiri 14 iyun tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun. Əmrdə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib. […]
Nadir İsrafilov: Bəzən elə ekspertlərə rast gəlirəm ki, onların nə adını eşitmişəm, nə də mətbuatda açıqlamalarını oxumuşam

“Təhsil eksperti” deyilən vəzifə yoxdur. “Ekspert” latın sözü olub , mənası “təcrübə” deməkdir. Təhsil eksperti uzunmüddətli təcrübəsinə, çıxışlarına mətbuatdakı məsələlərə münasibətinə görə seçilir. Ölkəmizdə Şahlar Əsgərov, Etibar Əliyev, Məlahət Mürşüdlü, Kamran Əsədov,Nabatəli Qulamoğlu kimi təhsil ekspertləri var”. Bunu Aztehsil.com-a açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov deyib. O, təhsil ekspertinin cavab verməli olduğu kriteriyalar barəsində danışarkən, […]
l sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Təhsil Nazirliyindən Lent.az -a verilən məlumatda göstərilir ki, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 […]
Məktəblimiz beynəlxalq turnirin gümüş medalıni qazanıb

Paytaxt məktəblisi taekvando üzrə beynəlxalq turnirdə II yeri tutaraq gümüş medal qazanıb. Rusiyanın Soçi şəhərində azyaşlılar arasında “Taekvando üzrə Avropa kuboku 2019” adlı beynəlxalq turnir keçirilib. 6-9 iyun tarixlərində baş tutan yarışa 10-12 yaşlı idmançılar qatılıb. Mektebgushesi.az xəbər verir ki, Turnirdə 210 nömrəli tam orta məktəbin VI sinif şagirdi Osmanlı Murad Nadir oğlu 30 kq […]
Xarici tələbələr ADU-nun qonağı olublar

Azərbaycan Dillər Universitetində CLS Azərbaycan dili proqramı çərçivəsində təhsil alacaq xarici tələbələrlə görüş keçirilib. Görüş ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, görüşdə universitetin rektoru, akademik Kamal Abdulla proqram iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışan rektor tələbələrlə səmimi söhbət edib. Tələbələrin […]
UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” keçirilib. universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Park İnn Baku otelində təşkil olunan yarmarkada gənclər və idman nazirinin müavini İntiqam Babayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov və şirkət rəhbərləri iştirak ediblər. […]
Əcnəbi tələbələr Azərbaycan dilini öyrənəcəklər

Azərbaycan Dillər Universitetində (ADU) “CLS Azərbaycan dili” proqramı çərçivəsində təhsil alacaq əcnəbi tələbələrlə görüş keçirilib. Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib. ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə reallaşan görüşdə rektor Kamal Abdulla Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışıb. Rektor deyib: “Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü […]
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 il

Bu il Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 ili tamam olur. Muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı uğurla həyata keçirir. AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tədqiqatçı Nərgiz Qəhrəmanovanın “Milli […]
DİM -də Apelyasiya Komissiyası yaradılıb

Dövlət İmtahan Mərkəzi iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan 40.234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib. AzEdu.az xəbər verir ki, imtahan ilə […]