Dərc olunub: 10.06.2019

Mektebgushesi.az saytının ali məktəblər arasında keçirdiyi ənənəvi sorğu yekunlaşıb.

10 gün müddətində davam edən və 40 universitet arasında keçirilən “Abituriyent olaraq təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz? nominasiyalı virtual sorğuda ümumilikdə 4420 respondent iştirak edib. 1022 səslə Azərbaycan İlahiyyat İnistitutu sorğunun qalibi olub. İkinci yerdə 996 səslə Lənkaran Dövlət Universiteti, ücüncü yerdə 505 səslə Bakı Dövlət Universiteti qərarlaşıb.