Magistraturalara bakalavrların ixtisaslaşma seçimi davam edir

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, iyunun 10-u saat 11.30-a olan məlumata görə, ümumilikdə 1113 nəfər (Azərbaycan bölməsi üzrə 986, rus bölməsi üzrə 127 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib. Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.
“CinemaPlus Quba” kinoteatrında sənədli filmin təqdimat keçirilib

Bakı, 10 iyun: “ASAN həyat” KinoKlubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilmiş ucqar kənddə çalışan gəncdən bəhs edən “Sərhədlərin fövqündə” sənədli filminin təqdimat mərasimi keçirilib. Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn sənədli filmdə Qubanın V. Məmmədsalahov adına Cimi […]
Beşinci ADA-Avropa İttifaqı Yay Məktəbi açılır

ADA Universitetinin Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzi Alman Akademik Mübadilə Xidməti (DAAD) və İtaliyanın Bolonya Universiteti ilə birgə ikihəftəlik 5-ci ADA-Avropa İttifaqı Yay Məktəbinə start verir. Mektebgushesi.az xəbər verir ki, builki məktəb “Aİ və Şərq Tərəfdaşlığı: Aİ-nin gələcəyi kontekstində Şərq Tərəfdaşlığı siyasəti” mövzusunu əhatə edəcək. Yay məktəbi gənc peşəkarları, tədqiqatçıları və məzunları bir […]
Hazırlıq kurslarını bitirənlərə sertifikatlar veriləcək

Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənləri üzrə keçirilmiş hazırlıq kursları yekunlaşıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az-a bildirilib ki, hazırlıq kurslarında müvafiq fənn kurikulumunun mahiyyəti, strukturu, buraxılış və qəbul imtahanlarında yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya, mənbə, mətn tapşırıqlarının […]
Bakıdakı 67 saylı orta məktəbdən nümunəvi addım – FOTOLAR

Bakı şəhərində yerləşən 67 saylı orta məktəbdə növbəti xeyriyyə tədbiri keçirilib. Mektebgushesi.az xəbər verir ki, AFN-in tədbirdə iştirak edən əməkdaşına təşkilatçıların verdiyi məlumata görə, məktəbdə təhsil alan Eminli Zeynəb Seyran qızının əməliyyata ehtiyacı var: “Biz həmişə bu cür tədbirlər keçiririk. Yığılan vəsaiti səhhətində problem olan şagirdlərin ehtiyaclarına sərf edirik. Bu dəfə də Zeynəb üçün belə […]
İş yerini dəyişmək istəyən müəllimlər ücün sənəd qəbulu başa çatır

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. Mektebgushesi.az -ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 […]
ADPU-da ingilis dilinin tədrisinin səviyyəsinin artırılması diqqət mərkəzindədir

Müasir dövrümüzdə innovativ təlim metodlarından lazımi qədər faydalanmağı bacaran, təlim məzmununun səmərəli şəkildə mənimsənilməsinə nail olan peşəkar müəllimlərin formalaşdırılması hər bir ali təhsil müəssisəsində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində də ən ümdə məsələlərdən biridir. O cümlədən universitetdə ingilis dilinin tədrisinin səviyyəsinin artırılması da rəhbərliyin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə atılan prioritet addımlardan biri də […]
Gəncə Dövlət Universitetində imtahana nəzarət komissiyası yaradılıb

Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bununla əlaqədar rektor, professor Yusif Yusibovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən hazırlıq işləri görülüb və müvafiq əmr imzalanıb. Əmrə əsasən nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi […]
Karlov Universitetinin nümayəndə heyəti LDU-da olub

Mərkəzi Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib.Nümayəndə heyətinin tərkibinə universitetin Təbiyyat fakültəsinin professorlarından Daniel Frynta Zivotopis,Milan Kaftan,Vit Kaufman,doktor Miroslav Svatora,magistr və bakalavrlar Veronika Rudolfova,İveta Stolhoferova,Barbara Kaftanova və Karlov Universitetinin tərəfdaşı olan Bakı Dövlət Universitetinin Zoologiya kafedrasının dosenti Çingiz Məmmədov daxil idilər. Qonaqlara LDU […]
ABŞ-da yaşayan azərbaycanlı blogger

Son vaxtlar sosial şəbəkələrdə ABŞ-da yaşayan müxtəlif blogger soydaşlarımız tərəfindən Azərbaycan cəmiyyətinə qısametrajl tanıtım videoları təqdim olunur. Amerikadan bəhs edən həmin videoların böyük əksəriyyəti bir-birinin təkrarı olsa da, hələ ki, ictimaiyyət tərəfindən müsbət qarşılanır. Necə deyərlər, onların arasında elələri də var, belələri də, elə-belələri də. Bu gün sizə “Bizimlə kəşf et” səhifəsi ilə “Facebook” platformasında […]
Kanada universitetinin azərbaycanlı professoru

Elə insanlar var ki, bir ömür yaşasalar da özlərindən, ailələrindən başqa bir kimsənin işinə yaramırlar. Amma elə insanlar da var ki, bütün ömrü boyu şam kimi əriyib ətrafa nur saçırlar. Onlarla ünsiyyətdə olmaq, onları dinləmək adama qürur hissi yaşadır. Sevinirsən ki, uğurları, davranışları, əməlləri ilə vətəndən uzaqda hörmət qazanıb, nüfuz sahibi olublar. Statistikaya görə Kanadada […]
Cəlil Məmmədquluzadənin 150 illik yubiley tədbirləri keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə ki, təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş konfrans, mühazirə, disput, “Dəyirmi masa”, seminar və ədəbi-bədii gecələr […]
Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali tədris müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Mingəçevir şəhərinə olub. Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və İnstitutun əməkdaşları səfər çərçivəsində Mingəçevir […]
LDU-da yaz imtahan sessiyası davam edir

Lənkəran Dövlət Universitetində(LDU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.İyun ayının 3-dən start götürən imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 5 iyul 2019-cu tarixinədək,qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin tədris qrupları üçün 11 iyul 2019-cu il tarixinədək keçiriləcək. Yaz imtahan sessiyasında bаkаlаvriat səviyyəsi üzrə 27 ixtisasın […]
Buraxılış imtahanlarına Azərbaycan tarixi fənni əlavə ediləcək?

Sosial şəbəkələrdə abituriyentlər arasında gələn il qəbul qaydalarında dəyişiklik ediləcəyiylə bağlı müzakirələr aparılır. İddialara görə, növbəti tədris ilindən buraxılış imtahanlarına Azərbaycan tarixi fənni də əlavə olunacaq. Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, növbəti tədris ilində qaydalarda heç bir dəyişiklik edilməyəcək. İmtahan fənlərində hər hansı dəyişiklik edilməsi də nəzərdə […]