Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə öncə olimpiadanın […]
Beynin fəaliyyətini gücləndirən GƏNCLİK İKSİRİ

Bu sadə qarışım bədənimizi qidalandırır, görmə qabiliyyətini yaxşılaşdırır, həmçinin beynin fəaliyyətinə müsbət təsir edir. Qıdıq otu (xren) ilə hazırlanan gənclik iksirinin hazırlanma qaydasını təqdim edirik Bunun üçün bizə 2 xörək qaşığı darçın, 3 xörək qaşığı bal, 3 limon, 125 qram qıdıq otunun kökü, 2 santimetr zəncəfil kökü lazım olacaq.Öncə qıdıq otunu təmizləyin, sonra zəncəfillə birgə […]
Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir. AZƏRTAC xəbər verir ki, UNESCO-nun 2019-cu il “Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də […]
Azərbaycanda baş elmi işçi adı dosent adına bərabər tutulacaq

Azərbaycanda baş elmi işçi adı dosent elmi adına bərabər tutulacaq. mektebgushesi.az -ın APA-ya istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib. Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının […]
Qanun yaradıcılığında xırda məsələ olurmu?

Yuxarıdakı başlıq 31 yanvar 2009-cu il tarixində “525-ci qəzet”də dərc etdirdiyim məqalədən götürülüb. Yeganə əlavəm “Ümumi” sözüdür. Məqalənin bütöv adı belə idi: “Təhsil qanunu: uzun illərin həsrəti. I məqalə. Qanun yaradıcılığında xırda məsələ olurmu?” Həmin yazım ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanun layihəsindən bəhs edirdi. Xatırladım ki, bu qanun Milli Məclis tərəfindən 19 iyun 2009-cu […]
Elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib

Prezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib. Mektebgushesi.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib. Sənəddə qeyd edilib ki, Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir: 1. Şəxs elmi dərəcədən məhrum edildikdə; 2. Elmi […]
Dosent və ya professor elmi adı almış şəxslərə vahid formalı dövlət sənədi veriləcək

Dosent və ya professor elmi adı verilmiş şəxslərə vahid formalı dövlət sənədi veriləcək. Mektebgushesi.az -ın APA-ya istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib. Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan […]
BŞTİ: “Son zəng” günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

“Bakı məktəblərində “Son zəng” tədbirləri iyunun 14-də günün I yarısında keçiriləcək”. Mektebgushesi.az -ın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, “Son zəng” tədbiri ilə bağlı Təhsil naziri tərəfindən müvafiq əmr imzalanıb: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb”. R. Tağıyev […]
Bakı Dövlət Universitetində “Puşkiniana-2019” layihəsinin nəticələrinə aid tədbir keçirilib

Bakı Dövlət Universitetində “A.S.Puşkin muzeyləri dünya xəritəsində” devizi altında keçirilən “Puşkiniana-2019” layihəsinin nəticələrinə aid tədbir keçirilib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, adıçəkilən layihə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib. Azərbaycanlı şagird və tələbələr mart-may aylarında Aleksandr Puşkinin yaradıcılığına […]
ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetdə yay imtahan sessiyasının gedişatını izləyiblər. İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, şura üzvləri – Sahib Məmmədov, İlham Şaban, Səadət Məmmədova, Məzahir Babayev, Bəhruz Nəzərov, “Azİİ Məzunları” İctimai Birliyinin sədri Hacı Nuran Hüseynov, həmçinin media nümayəndələri imtahan keçirilən auditoriyaları gəzib, müəllim […]
ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub. Mediaturda iştirak edən millət vəkili, yazıçı Aqil Abbas, təhsil ekspertləri – professor Şahlar Əsgərov, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Moderator.az” […]
ADAU-nun rektoru Fransanın Tuluz Universitetinin prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnunluğunu deyən rektor İbrahim Cəfərov dəvəti qəbul edib ADAU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib. ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı […]
ADPU-nun əməkdaşları İspaniyada keçirilmiş təlimdə iştirak ediblər

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində İspaniyada keçirilmiş təlimdə iştirak ediblər İyunun 2-9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İspaniyaya təlim səfəri baş tutub. Təlimdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Rektorun iqtisadi məsələlər üzrə müşaviri Ümid Mehdiyev, Keyfiyyətin […]
Almaniyalı professor Syivio Simona AzTU-nun fəxri doktoru adı verilib

İyunun 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti iclasında almaniyalı professor Syivio Simona bu ali məktəbin fəxri doktoru adı verilib. AZƏRTAC xəbər verir ki, iclasda AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov Almaniya universitetləri, o cümlədən Brandenburq Texniki Universiteti ilə əməkdaşlığından danışıb. Prorektor Sübhan Namazov Brandenburq Texniki Universitetinin AzTU İlə maşınqayırma sahəsində elmi və tədris […]
“Şərqin Eynşteyni – Əli Cavan” kitabı nəşr olunub

AMEA-nın Fizika İnstitutunun molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın və Nazilə Soltanovanın “Şərqin Eynşteyni – Əli Cavan” kitabı rus dilində çapdan çıxıb. Akademiyadan Mektebgushesi.az-a bildiriblər ki, bioqrafik xarakter daşıyan nəşr Əli Cavanın müxtəlif dövrlərdə çəkilən fotoları ilə müşayiət olunur. Qaz (neon gel) lazerinin ixtiraçısı, “Şərqin Eynşteyni”, “lazerin atası” adlandırılan Əli Cavanın həyat və elmi […]