Dərc olunub: 12.06.2019

Tələbələrimiz semestr imtahanlarını verirlər. Bəri başdan qeyd edim ki,  hazırda bir nəzarətçi kimi mən də imtahaların necə keçirilməsinin şahidiyəm. 

Rektorumuz professor Cəfər Cəfərov imtahanların şəffaf və ədalətli keçirilməsi yönümündə kifayət qədər qətiyyətli addımlar atmışdır. İmtahan öncəsi  universitet əməkdaşları və ictimaiyyətin nümayəndələri ilə geniş tərkibdə görüşlər keçirilmiş, baş verə biləcək neqativ halların qarşısının alınması yönümündə hansı addımlar atılması gərəkliyi göstərilmişdi. Tələbəyönümlülük,  əsasnamələrdə əksini tapan qaydaların pozulmazlığı bir tələb kimi struktur rəhbərlərinin qarşısına qoyulmuşdu.


Aradan bir həftədən artıq vaxt keçmişdir və tam əminliklə demək olar ki,  imtahanların keçirilməsi və onun nəticələrinin obyektiv qiymətləndirilməsi sahəsində atılan addımlar çox doğru olmuşdur. İmtahan zallarında  tələbələrimiz üçün yüksək səviyyədə şərait yaradılmışdır.  İmtahan zallarında  psixoloji komfort hakimdir. Tələbələrimizin ovqatı olduqca yaxşıdır. Tələbələrimiz yaradılan şərəraitdən məmnundurlar. Zallardakı  sakitlik,  nəzarətçilərin mehriban münasibəti, həyəcanlı tələbələrimizə  psixoloji dəstəyi onları daha inamlı olmağa sövq edir. İmtahan zallarına rektorumuzun daimi nəzarəti,  tələbələrin məmnunluğu görülmüş öntədbirlərin nə qədər  pozitiv olduğunu göstərir.


Qəlbində böyük  vətən sevgisi olan insanlar, tələbələrərini öz doğma balalarından ayırmayan insanlar  məhz bu cür addımlar ata bilər və daim tələbəsinin yanında olar. Hörmətli  rektorumuz  professor Cəfər Cəfərovun atdığı inamlı addımlar,  gəncliyimizə, onların ixtisas hazırlığına böyük sevgisi sayəsində işlərimiz kifayət qədər uğur qazanır. Tələbələrimiz də, ictimaiyyət  nümayəndələri və valideynlər də çox məmnundular.
ADPU öz addımlarını inamla atmaqdadır. Rəhbərliyimizin qətiyyəti,  sağlam mövqe nümayiş etdirməsi,  humanizmi hamımızı səfərbər edə bilir.  Özümüzə güvənimizi daha da artırır.

Qürur  duyuruq ki, belə bir psixoloji komfort şəraitdə çalışır və işləyirik. Olduqca  çətin, şərəfli və quruculuq  işinizdə Allah qətiyyətinizi daha da mükəmməl etsin, hörmətli  Cəfər müəllim. Gəncliyimizə, müəllimlərimizə  verdiyiniz inam həmişə yüksəkdə olsun.  Dünyanın ən böyük mükafatı  tələbə və auditoriya sevgisidir. SİZ bunu qazanmısınız. Uğurlarınız bol olsun.


Dos. Fəxrəddin Yusifov, təhsil eksperti