Dərc olunub: 12.06.2019

Prezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib.

Mektebgushesi.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:

1. Şəxs elmi dərəcədən məhrum edildikdə;

2. Elmi ad verilməsi proseduru pozulduqda;

3. Elmi plagiat aşkar edildikdə;

4. Elmi etika pozulduqda.