Dərc olunub: 12.06.2019

Gənclərin müxtəlif sahələrə aid startap layihələrinin maliyyələşmələri nəzərdə tutulur.

Mektebgushesi.az Oxu.Az -a istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov İTV-də yayımlanan “Pressinq” verilişində bildirib.

O, maliyyələşmənin güzəştli, uzunmüddətli kreditlər şəklində olacağını söyləyib.

Sözügedən prosesin icrasına gələn il başlanılacaq.