Şəkinin Oxut kəndində intihar hadisəsi qeydə alınıb.
Mektebgushesi.az -ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədlinin meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 14 yaşlı E.Məmmədlinin intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.