Mektebgushesi

Müəllimlərin işə qəbulu üzrə imtahanların iyulun 8-dən etibarən keçirilməsi nəzərdə tutulub

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.  Mektebgushesi.az xəbər verir ki, 4 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub. İyulun 4-də müsabiqənin […]

Beynin funksiyasını yaxşılaşdırmağın və intellekti yüksəltməyin asan yolu açıqlandı

Müntəzəm qısamüddətli fiziki yüklənmələr beynin funksiyasını yaxşılaşdırır,öyrənmək qabiliyyətini və yaddaşı gücləndirir. Bizimyol.info xəbər verir ki, ABŞ Oreqona Universitetinin mütəxəssiləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər. Mütəxəssilər siçanlar üzərində eksperiment aparıblar. Heyvanlar iki saat ərzində mütəxəssilərin nəzarəti altında qaçmağa məcbur edilib. Fiziki yükləmədən sonra aparılan tədqiqatlar göstərib ki, fiziki aktivlik beyinlə əlaqə yaradan və yaddaşın möhkəmlənməsində […]

DİM iyulun 7-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir. İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və […]

Tələbə olmaq istəyirdi, intihar etdi

Neftçalada 17 yaşlı oğlan intihar edib.Hadisə Uzunbabalı kəndində qeydə alınıb.2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asıb. Qeyd edək ki, yeniyetmə orta məktəbdən bu il məzun olub, universitetə qəbul üçün sənədlərini təqdim edib. Lakin Samirin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti – Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və bu qurumun katibi Oktay İsayev Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Qonaqlarla görüşən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. […]

V Respublika fənn müsabiqələrinin nəticələri açıqlanıb

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb. […]

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu yekunlaşıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Müsabiqəyə iyunun 24-dən start verilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 […]

Cəsarət insani keyfiyyətdir

Cəsarət insani keyfiyyətdir, içdən gəlir, beşiyi ruhdur. Ruhən cəsarətli olmayan bir kimsə nə qədər elmli, bacarıqlı olsa da cılız görünər. Yetişər, amma ziyalı olmaz. Bu keyfiyyət qələm əhlində olanda isə sahibini sevdirər, daha əzəmətli göstərər. O da cəsarətlidir, hər sözü arxasıyca həqiqəti çəkir, yükü haqqdır. İstəyir ki, övladları qanunun ali olduğu ölkədə böyüsünlər, yüksək təhsilə […]

100 il yaşamaq üçün – 7 tövsiyə

Tanınmış amerikalı həkim-kardioloq Klayd Yansi insanın uzunömürlü olmasını təmin edə biləcək tövsiyələr tərtib edib. Həkimin fikrincə, insan orqanizmi əvvəlcədən uzun ömür sürməyə proqramlaşdırılıb. Ömrü qısaldan isə sağlamlığa ziyan vuran vərdişlərdir.Həkim-kardioloqun sözlərinə görə, bu qaydalar insanın 90-cı və 100–cü yubileyini qeyd etməyə kömək edə bilər. Fiziki fəallıq. Həkim qaçış, üzgüçülük, intensiv yerimə, idman oyunları ilə məşğul […]