Mektebgushesi

İlk robot rəssam gözəl tablolar yaradır

İnnovasiyalı texnologiyalar sahəsində daha bir sensasiyaya imza atılıb. Mektebgushesi.az BBC telekanalının saytına istinadla xəbər verir ki, ixtiraçı Eyden Meller dünyada ilk robot-rəssam yaradıb. İlk qadın proqramçı qrafinya Ada Lavleysin şərəfinə Ay-Da adlandırılan bu texnologiya möcüzəsinin əsərlərindən ibarət ilk sərgi Oksfordda keçirilir. Bildirilir ki, Ay-Da artıq 1 milyon dollardan çox pul qazana bilib.Eyden Meller jurnalistlərə müsahibəsində […]

Gəncə Dövlət Universitetinin müəllimi Monteneqroda keçirilən elmi konfransda iştirak edib

Gəncə Dövlət Universitetinin Ümumi fizika” kafedrasının müəllimi və doktorantı Aygün Kazımova Monteneqronun Herçenqnovi şəhərində keçirilən “Radiyasiyanın müxtəlif tədqiqat sahələri” adlı 17-ci elmi konfransda iştirak edib. Gəncə Dövlət Universitetinin Ümumi fizika” kafedrasının müəllimi və doktorantı Aygün Kazımova Monteneqronun Herçenqnovi şəhərində keçirilən “Radiyasiyanın müxtəlif tədqiqat sahələri” adlı 17-ci elmi konfransda iştirak edib. Radiyasiyanın müasir problemlərinə həsr edilmiş […]

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Fəxri xiyabanda

Bu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Öncə Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı […]

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

Mektebgushesi.az xəbər verir ki, “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.  Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Vüqar Zeynalov: İş yerlərində kompüter şüalanmasının təsiri nə qədərdi ?

“Risk əsaslı yanaşma önəmlidir. Fəaliyyət növündən, əmək qanunvericiliyinə düzgün əməl etməkdən asılı olaraq, sahibkarların və işəgötürənlərin risk əsaslı bölgüsünün olması çox vacibdir”. APA -nın xəbərinə görə, bunu “Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda keçirilən konfransda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.O bildirib ki, bu, […]

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci yerin qalibi olub

“Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmənin yekununa əsasən […]

Kamran Ramazanlı: Gürcüstanda təcili Azərbaycandilli pedaqoji universitet yaradılmalıdır, əks halda…”

“Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə pedaqoji kadr çatışmazlığı var. Bu problemin aradan qaldırılması üçün Tiflisdə pedaqoji universitet təsis edilməlidir. Əks təqdirdə yaxın perspektivdə Gürcüstanda milli məktəblərimiz olmayacaq”.   Bu sözləri AzEdu.az-a açıqlamasında Qafqaz ölkələri üzrə araşdırmaçı Kamran Ramazanlı deyib: Onun sözlərinə görə, Gürcüstanda azərbaycanlıların təhsil aldığı milli məktəblərdə çalışan pedaqoji kadrların 80%-i təqaüdçüdür: “Son məlumata görə, Gürcüstanda azərbaycanlıların […]

QHT Şurasının dəstəyilə gənclər internetin faydaları haqqında maarifləndirilib

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında “İnternetdən necə faydalanmalı?” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatmışdır. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Artıq Azərbaycanda internet istifadəçilərinin sayı kifayət qədərdir və onların […]

150 balla hansı ixtisaslara qəbul olmaq mümkündür -Siyahı

I-IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Lakin bəzi ixtisaslar üzrə ümumi keçid balı 150 müəyyənləşdirilib. Coxsaylı istəkləri nəzərə alaraq bütün ixtisas qrupları üzrə 150 ballıq ixtisasların yer aldığı ali təhsil müəssisələrini təqdim edirik. Qeyd edək ki, cədvəl təhsil üzrə mütəxəssis Elçin Əfəndi tərəfindən […]

Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən Xalq yazıçısı Kamal Abdullaya təqdim olunub. ADU-nun rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən […]

Təhsil Naziri: Ən yüksək nəticə göstərən məzunlardan 2090 nəfər müəllimliyi seçib

“500 baldan 695 bala qədər  2090 nəfər  ixtisas seçimində birinci müəllimliyi qeyd edib” Mektebgushesi.az AzEdu.az-a istinadən xəbər verir ki, bunu nazir İctimai Televiziyanın “Pressinq”layihəsində jurnalistlərin suallarına cavab verən zaman söyləyib. Nazir  sualları cavablayarkən qeyd edib ki, 2018-ci ilin qəbul nəticəsinə uyğun olaraq, 500 baldan 695 bala qədər  2090 nəfər  ixtisas seçimində birinci müəllimliyi qeyd edib.Azərbaycanın müstəqillik […]

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a verilən məlumata görə, iyulun 14-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda 1845 abituriyentin (Bakı şəhərində 1508 nəfər, Naxçıvan şəhərində 337 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 86 nəfər […]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, yubiley medalı iyulun 10-da Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən professor Cəfər Cəfərova təqdim edilib. […]

O, xalqımızın qənimət övladlarından biridir…

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu […]

Universiadada daha bir qızıl medal

İyulun 10-da Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb. Mektebgushesi.az-in məlumatına görə, Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.