Mektebgushesi

Rezidenturaya qəbul olmaq üçün bir çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

Rezidenturaya qəbul olmaq üçün namizədlərin ixtisas seçimi davam edir. Namizədlər müsabiqədə iştirak üçün http://eservices.dim.gov.az/erizerez/ixtisas1/ internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçimi iyulun 22-dək aparılacaq. İyulun 19-u saat 11:15-ə olan məlumata görə, 108 namizəd (Azərbaycan bölməsi – 100, rus bölməsi – 8) ixtisas seçimi ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız “Namizədin elektron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq […]

İslamşünaslıq ixtisasına müsahibə mərhələsi üçün qeydiyyat başlanır

Sabah Azərbaycan İlahiyyat İnstitutunun bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibə mərhələsi üçün qeydiyyat başlanır. III ixtisas qrupu üzrə imtahan verib İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr iyulun 20-dən 24-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçə bilərlər.

Kolleclərə qəbul olunmaq üçün ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir. İyulun 19-u saat 11:35-ə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 min 343 abituriyentin (Azərbaycan bölməsi üzrə 22 min 693, rus bölməsi üzrə 652) ərizəsi təsdiqlənib. Mektebgushesi.az […]

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyənin Bursa şəhərinə “Yay məktəbi”nə yola düşüb. Mektebgushesi.az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov “Yay məktəbi”nə gedən tələbələrlə görüşərək, onlara uğurlar arzulayıb. Tələbələrə öz tövsiyələrini verən C.Məmmədov gənclərin ölkəni və Azərbaycan İlahiyyat İnstitutunu layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib. Rektor tələbələri “Yay məktəbi” müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli […]

İmtahana baş örtüyü ilə gəlib nəzarətçiləri aldatmağa çalışdılar – VİDEO

İmtahanın gedişində qaydaları kobud şəkildə pozan iştirakçılar növbəti imtahanlara buraxılmayacaq. Bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib. O bildirib ki, başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək istəyənlər olub: “İmtahan iştirakçıları arasında baş örtüyü ilə gələn şəxslər olub ki, nəzarətçiləri aldatmağa çalışıblar. Belə ki, onların şəxsiyyət vəsiqələrinə baxış zamanı məlum olub ki, sənəd onlara məxsus deyil. […]

ADPU-nun rektoru Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb

İyulun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov İbtidai təhsil fakültəsinin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 58 bal toplamış məzunu Aysel Məmmədova və ADPU-nun nəznində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) məzunları 58 bal toplamış Aidə Mikayılova, Sona Xəlilova və 54 bal toplamış Bəyim […]

Dövlət Proqramı məzununun uğuru

Gənc tədqiqatçının elmi məqaləsi reytinqli jurnalda dərc olunub İstedadlı gənclərimizin elmi tədqiqatlara meyil etməsi ölkəmizin bu sahədə rəqabət qabiliyyətliliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi kimi perspektiv hədəflərdə uğurumuzu şərtləndirən mühüm faktorlardan biridir. Dünyanın nüfuzlu ali məktəblərindən məzun olan gənclərimizin öz fəaliyyətləri ilə ölkəmizə qazandırdığı dividendlərdən biri də onların qlobal elmi tədqiqatlarda iştirakı və elmi nəticələrin […]

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə – Qeydiyyat başa catır

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib. Mektebgushesi.az xəbər verir ki, elektron qeydiyyat iyulun 19-da başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlarlinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin […]

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

Yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında 6 minədək uşaq məktəbəqədər təhsil almaq imkanı əldə edəcək. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda UNICEF və […]