Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, dahi dramaturq və şair Hüseyn Cavidin 137 illiyinə həsr olunan konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
-Kağızın formatı – A4, Word redaktorunda;
-Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
-Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
– Həcmi – 5 səhifədən çox olmamalıdır;
– Şrift – Times New Roman 12; sətirlərarası interval – 1,5;
– İstinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10);
– Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.