Dərc olunub: 16.09.2019


İlk dərs günü məktəbli yol qəzasında ölüb.

Mektebgushesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının mərkəzi küçələrininin birində baş verib. İlkin məlumatlara görə minik avtomobili yolu keçmək istəyən  3-cü sinif şagirdi  9 yaşlı Yusif  Nuriyevi vurub.
Hadisə şahidlərinin sözlərinə görə azyaşlı qəza yerində dünyasını dəyişib.
Faktla bağlı  araşdırma aparılır.