Dərc olunub: 16.10.2019

“Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dərslər direktor otaqlarında keçirilir.”

Mektebgushesi.az xəbər verir ki,bu sözləri AMEA-nın müxbir üzvü və akademik-katibi Əminağa Sadıqov Reyasət Heyyətinin bu gün keçirilən iclasında söyləyib.

O, magistrantların problemlərini dilə gətirib:

“AMEA-nın magistratura səviyyəsində dərslər direktor otaqlarında keçirilir.Əlavə otaqlar yoxdur. Tələbələr işçilərlə birgə otururlar. Onlar fikirlərini toplayıb dərsə yönəldə bilmirlər”.

Qeyd edək ki,AMEA-nın nəznində magistratura şöbəsi 2 ildir, fəaliyyət göstərir.