Dərc olunub: 18.10.2019


Şirvan şəhər gənclər  evində 18 Oktyabr “Dövlət Müstəqilliyi Günü “nün qeyd olunması ilə əlaqədar gənclər arasında “Xəmsə “Milli intellektual oyunu üzrə “Müstəqillik Kuboku -2 ” intellektual bilik yarışması keçirilib.

Məqsəd Azərbaycan Respublikası Dövlət Müstəqilliyi gününün qeyd olunması, gənclərin intellektual bilik yarışlarına maragının artırılması və dünyagörüşünün inkişaf etdirilməsi ,yeniyetmə və gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi idi.Yarışmada iştirak edən komandalar çox fəal idilər.Müxtəlif tarixlərdə keçirilən oyunlarda kollecin komandaları iştirak etdi. Zəka və Zirvə komandaları  finala vəsiqə qazandılar.

Gərgin və maraqlı keçən final oyununda Kollecin Zəka komandası 3-cü yer tutub. Qaliblər hədiyyə və diplomlarla mükafatlandırılıblar.