Dərc olunub: 29.11.2019

Ağsu rayon A.Cəbiyev adına Bico kənd tam orta məktəbində Azərbaycanın tanınmış aşığı Aşıq Mirzə Bilalın anım günü tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaşar Qarayev Aşıq Bilalın həyat və yaradıcılığindan geniş məlumat vermişdir. Ağsunun Qəşəd kəndində anadan olan Aşıq Bilal aşıq sənətində sözünü demiş, bütün Azərbaycanda ustad Aşıq, bir el ağsaqqalı kimi tanınmışdır.

1937-ci ildə represiyaya məruz qalaraq gülələnən Aşıq Bilal ölümündən sonra bəraət almışdır. Aşığın haqqında çoxlu kitablar yazılmış ünvanına mahnılar bəslənmişdir. Dəyərli Aşığımızın anım tədbirində Bicolu Aşıq Amildə çıxış edərək Aşıq Bilalın şeirlərindən ibarət mahnilar oxuyub, tədbirdə istedadlı şagirdlər el sənətkarına aid şerlərdən parçalar söyəlyiblər Məktəb kollektivinin və kənd ictimaiyəttinin iştirak etdiyi tədbir məktəb kollektivi və kənd sakinləri tərəfindən rəğbərlə qarşılanıb.