Biləsuvar rayonunda Cürəli kənd tam orta məktəbin fransız dili müəllimi ibtidai siniflərdə fransız dilinin sevdirmək məqsədi ilə yeni üsuldan istifadə edib.
Məktəbin fransız dili müəllimi Tural Hüseynovun redaksiyamıza göndərdiyi videodan da göründüyü kimi şagirdlər dərsdə xüsusi fəallıq göstərirlər. Belə ki, şəkillərin altında fransızca yazılan sözlərin şəkildəki əşyaya uyğun olub olmadığını (düz və ya səhv) III sinif şagirdləri cəld və düzgün təyin etməlidirlər.
Mektebgushesi.az dərsdən çəkilmiş videonu təqdim edir.