Yeni təhsil proqramı üzrə hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) fənn kurikulumları əsasında tarix, fizika, biologiya və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair aprelin 15-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, […]
BDU -da dəyirmi masa keçirilib

“Xocalı soyqırımı: hüquqi problemlər” adlı dəyirmi masa keçirilib Bakı Dövlət Universitetinin Hüquq fakültəsi “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı soyqırımı: hüquqi problemlər (bynəlxalq və milli kontekstdə)” mövzusunda elmi-praktiki dəyirmi masa təşkil edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımının tanınması, […]
BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir

Fevralın 27-də Bakı Slavyan Universitetində (BSU) Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə Rusiyanın tanınmış dilçi-alimi, ədəbiyyatşünas, akademik Viktor Vinoqradovun 125 illik yubileyinə həsr olunmuş “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, […]
Müəllim və valideynlər qəbul edilib

Fevralın 28-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq […]
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr · İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli […]
Bakıda uşaq bağçalarına elektron qəbula başlanılır

Paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından […]
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib. ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdulla öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni […]
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

2020-ci il 28 fevral tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i B növü vəzifələrə (inzibati icraçı) aiddir. Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama […]
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlərə müraciət edib. DİM-dən Mektebgushesi.az-a verilən məlumata görə, müraciətdə deyilir: İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə […]
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

2020/2021-ci tədris ili üçün rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az verilən məlumata görə, sənəd qəbulunun vaxtı martın 2-si saat 13:00-a qədər uzadılıb. Bu günə qədər 1356 namizəd ərizəsini təsdiq edib. Onlardan 1196-sı Azərbaycan, 160-ı isə rus bölməsinə aiddir. Qeyd edək ki, əvvəlki məlumatda sənəd qəbulunun fevralın 27-də saat 23:59-da başa çatacağı qeyd edilirdi. […]
Təhsil Nazirliy pedaqoji işçilər üçün qrant müsabiqəsi elan edir

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir. Layihə təklifləri martın 2-dən 31-dək qəbul ediləcək. Hər iki kateqoriya üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az portalında qeydiyyatdan keçərək müvafiq sənədləri sistemə yükləməlidirlər. Layihə […]
BDU -nun Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri olduğundan, Erməni silahlı dəstələrinin Xocalıya hücum edərək günahsız dinc əhaliyə divan tutmasından bəhs edib. Tədbirdə çıxış edən politoloq, “Trend” informasiya agentliyi baş direktorunun müavini […]
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca ilə görüşüb. Görüş Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin iştirak etdiyi Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti” çərçivəsində baş tutub. Görüş zamanı BANM ilə İTU arasında tədris və elmi-tədqiqatın müxtəlif […]
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur

Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib […]
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 29-da TOEFL imtahanı keçiriləcək. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid […]